Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

‘Baltika’ şirkətinin Putinə şikayətində Azərbaycanın da adı var


Sankt-Peterburqdakı "Baltika" pivə zavodu
Sankt-Peterburqdakı "Baltika" pivə zavodu

Rusiyanın “Baltika” pivə şirkəti Moskvaya “döst ölkələrdə” brendlərinin müdafiəsi üçün Rusiya prezidentinin administrasiyasından kömək istəyib.

Rusiyanın “Vedomosti” qəzeti dekabrın 29-da yazıb ki, prezident administrasiyasının başçısı Anton Vaynoya “Baltika” şirkətinin birinci vitse-prezidenti Aleksandr Dedeqkayev müraciət edib.

Bu məktubda Dedeqkayev Rusiyanın dövlət Rospatent agentliyinin hərəkətə keçməsini və Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, habelə Monqolustanın müvafiq idarələrinə müraciət edərək qrupun əsas brendlərindən istifadə üçün lisenziya müqavilələrinin qeydiyyatının dayandırılmasını xahiş edir.

Bu brendlərin arasında “Baltika” və bu brendlə bağlı başqa adlar var.

“Baltika” şirkətinin birinci vitse-prezidenti iddia edir ki, sözü gedən müqavilələr səlahiyyətləri 17 iyuldan dayandırılmış şəxs tərəfindən bağlanıb. Söhbətin konkret kimdən getdiyi bildirilmir.

Lakin Anton Vaynoya ünvanlanan məktubda deyilir ki, adı çəkilən ölkələrdə “Baltika” brendinin hüquqları iyirmi il müddətinə Danimarkanın Carlsberg holdinqinə məxsusdur.

Kreml nə deyir?

Kremlin sözçüsü Dmitri Peskova belə bir məktubun alınması və bu barədə hər hansı danışıqların aparılıb-aparılmaması barədə sual verilib.

Peskov bildirib ki, Kreml “xidməti” yazışmaları şərh etmir:

"Belə bir məsələnin olması və prezidentin bundan xəbərdar olması məlumdur. Mən bunu təsdiq edə bilərəm. Biz əlbəttə ölkə istehsalçısını müdafiə etmişik və sonadək müdafiə edəcəyik”.

“Baltika” şirkətinin sahibi olan Danimarkanın Carlsberg Group pivə istehsalçısı Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən az sonra, 2022-ci ilin martında bəyan etmişdi ki, Rusiyaya investisiyalarını və xarici pivə gətirilməsini dayandırır.

Carlsberg bunu da bildirmişdi ki, Rusiyadakı aktivlərini satmağı planlaşdırır.

Ötən iyunda istehsalçı müəssisənin adı çəkilməyən alıcıya 200 milyon avroya satılacağı elan edilmişdi.

“Dost” ölkələr Rusiyanın sorğusuna məhəl qoymaya bilərlər

Lakin bu alqı-satqı sövdələşməsi prezident Vladimir Putinin müdaxiləsi ilə pozulmuşdu.

O “Baltika” şirkətinin idarə edilməsini müvəqqəti olaraq dövlətə həvəla etmişdi.

Bunun ardınca Carlsberg qrupunun başçısı Ceykob Arup-Andersen Rusiyanı “biznes oğurluğunda” ittiham etmişdi.

Bundan sonra Carlsberg, “Baltika” ilə onun brendlərindən istifadə icazəsi verən lisenziyanı ləğv etmişdi.

“Vedomosti” qəzetinin müraciət etdiyi ekspertlər bildiriblər ki, xaricdəki patent idarələri Rospatentin sorğusuna məhəl qoymaya bilərlər.

Müqavilənin qeydiyyatı yalnız müəssisə rəhbərliyinin rəsmi şəkildə dəyişdirilməsinə dair hüquqi qaydalarla tərtib olunmuş sənədlər paketi ilə dayandırıla bilər.

XS
SM
MD
LG