Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Cahangir Əsgərovun xanımı 'Bank Silk Way' ASC-nin sahibi oldu


Zərifə Həmzəyeva
Zərifə Həmzəyeva

«Bank Silk Way» ASC 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb. «Grant Thornton» şirkətinin müsbət rəy verdiyi sənədə görə, Zərifə Həmzəyeva bankın üç səhmdarından biri olmaqla, ona son nəzarət edən şəxsdir.

Hesabatdan görünür ki, son iki ildə səhmdarlar daim dəyişməkdədir. «Silk Vey Aviaşirkəti» MMC 2015-ci ildə səhmlərini üç fiziki şəxsə satdıqdan sonra bankın səhmləri onların arasında müəyyən nisbətdə bölünübmüş.

Mənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 2016-cı il

***Buna da bax-Prezidentin qızı banka necə sahib oldu?

2016-cı ildə isə səhmdarlar, ən azı, iki dəfə dəyişib. Hesabatdan göründüyü kimi, indi səhmdarların sayı yenə də üçdür, amma bu dəfə onların arasında bir şirkət də var.

Mənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 5 may 2017-ci il

YENİ SƏHMDARLAR KİMLƏRDİR?

Banka nəzarət edən Zərifə Həmzəyeva «Gazelli Group» MMC-nin prezidentidir. Xanım Həmzəyeva «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

«VIP Aviation Services» («VIP Aviasiya Xidmətləri») MMC 2011-ci ildə yaradılıb. Rəsmi məlumatlara görə, şirkətin təsisçisi İlham Şükürovdur. Bu şirkət Bakıda və Azərbaycanın digər şəhərlərindəki beynəlxalq hava limanlarında fəaliyyət göstərir və aviasiya sektorunda inhisar subyektlərindən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal-1 və Biznes Aviasiya terminalında, eləcə də «Bakı» və «Azərbaycan» VİP zallarında saat və zərgərlik məmulatları təklif edən çoxsaylı satış məntəqələri var.

Üçüncü səhmdar isə bankın İdarə Heyətinin sədri Elçin Əhmədovdur.

XS
SM
MD
LG