Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:31

Deputat:'Layihənin gündəlikdən çıxması, problemin ...'


Vahid Əhmədov, 13 aprel 2012
Vahid Əhmədov, 13 aprel 2012

“Bankların kredit fazilərinin yuxarı həddini müəyyən edilməsi barədə “Banklar haqqında” qanununa nəzərdə tutulan dəyişiklik layihəsi başından düzgün deyildi və bazar iqtisadiyyatı prinsiplərlə uyğunlaşmırdı”.
Bunu, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkaqlıa komitəsinin üzvü Vahid Əhmədov adı çəkilən layihənin parlament müzakirəsindən çıxaırlmasını şərh edərkən bildirib.

Deputata görə, bu layihə həm də ölkədə bankların sağlamlaşdırılması islahatları ilə də ziddiyyət təşkil edirdi:

“Bank kreditləri faizlərinin aşağı salınması lazımdır, amma bu inzibati müdxilə yolu ilə yox, bazar iqtisadiyyatı prinsipilə həllini tapmalıdır”.

V.Əhmədov hesab edir ki, 2015-ci ildə baş vermiş devalvasiyadan ( manat dollar qarşısında iki dəfə dəyər itirib-red) banklar da kifayət qədər əziyyət çəkib və bu sustem hələ də özünə gəlməyib.

“Layihənin gündəlikdən çıxması, heç də bank kredit faizlərinin yüksək olması probleminin gündəlikdən çıxması anlamına gəlmir. Kredit faizlərinin yüksək olması və onun aşağı salınması aktualdır. Amma bu toqquşan maraqlar olmadan, bazar prinsipləri əsasında baş verməldir. Hələki, elə bir mexanizm yoxdur”, deputat bu sahədə mövcud vəziyyəti belə qiymətləndirib.

V.Əhmədov deyib ki, Mərkəzi Bank uçot dərcəsini aşağı salır, amma bunun kredit faizlərinin aşağı salınmasına real təsiri görünmür və bu, qaneedici deyil:

“İstehlak kreditləri, hələ də yüksək qalmaqda davam edir. Ağaşı faizlə qəbul edilən əmantələrə yüksək faizlə kreditlər verilir. Bu isə bankların, hələ də sağlamlaşdıırlmamasının göstəricisidir”.

Xatırlatma

Bu yaxınlarda “Banklar haqqında” qanununa dəyişklik layihəsi hazırlanıb Milli Məclisə göndərildiyi bildirilirdi.

Verilən məlumata əsasən dəyişiklikdə Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatsına bank kreditlərinin yüksək faizlərini müəyyn etməklə bağlı səlahiyyət verilməsi nəzərəd tutulurdu.

Sonradan layihənin Milli Məclisin gündəliyindən çıxarıldığı deyildi.

Aprlein 27-də isə mətbuat konfransı keçiriən Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov deyib ki, bu məsələ ən yüksək səviyyədə müzakirə edilib və gündəmdən çıxıb.

XS
SM
MD
LG