Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:14

Bankomatlara gizli təhlükə: «Skimer» virusu


Bankomat
Bankomat

-

Dünyada bir çox bankomatlar virusa yoluxub.

«Skimer» adlı gizli virusu «Kaspersky Lab» şirkəti aşkar edib.

Şirkətin yaydığı məlumata görə, bu virusla kibercinayətkarlar istifadəçilərin pullarını «skimer»lər (portativ oxuyucu cihazlar) olmadan oğurlaya bilirlər.

ƏVVƏLCƏ BİLGİ ƏLƏ KEÇİRİLİR

Zərərverici proqram bank kartlarının hesab nömrələrini, PIN kodlarını və digər bilgiləri cinayətkarlara ötürür.

Virus aktiv çalışmadığından, kart məlumatlarının toplanması gizlicə gerçəkləşdirilir. Onu aşkara çıxarmaq çətindir, çünki bankomata heç bir xarici zərər dəymir.

Kibercinayətkarlar kart bilgilərini ələ keçirmək məqsədilə bəlli rəqəmlərdən ibarət maqnitlənmiş xüsusi kartı bankomata daxil edirlər. Beləcə, gizli zərərverici proqram aktivləşir. Əvvəlcə bilgilər bankomatlardan toplanır, ardından kartların surəti hazırlanır və pullar virusdan yararlanmadan bankomatlardan çıxarılır.

TƏHLÜKƏNİ NECƏ ÖNLƏMƏLİ?

«Skimer» virusunun ən son versiyası mayın əvvəlində aşkarlanıb. Bu zərərli proqram indi bank və müştərilərə təhlükə törətməkdədir.

Virus Rusiya, BƏƏ, Fransa, ABŞ, Çin, İspaniya, Almaniya, Gürcüstan, Polşa, Braziliya Çexiya, Filippin kimi bir çox ölkədə üzə çıxarılıb.

«Kaspersky Lab» şirkəti təhlükəni önləməkdən ötrübanklara diskləri tam şifrələdikdən sonra işlətməyi, yalnız sərt diskdən məlumat yükləməyi, bankomat şəbəkəsini daxili şəbəkədən ayırmağı tövsiyə edir.

XS
SM
MD
LG