Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:14

Müsəlman atletin şərəfinə ilk hicablı Barbi kuklası buraxıldı


Ibtihaj Muhammad
Ibtihaj Muhammad

ABŞ-ın "Mattel" oyuncaq şirkəti məşhur müsəlman atlet Ibtihaj Muhammad-ın şərəfinə ilk dəfə olaraq hicablı Barbi kuklası istehsal edib.

O, ABŞ-ın Olimpiadada hicab taxmış ilk müsəlman atletidir, 2016-cı ilin yay Olimpiya Oyunlarında Qılıncoynatma üzrə ABŞ komandasının tərkibində bürünc medal qazanıb.

"Mattel" şirkəti bildirib ki, hicablı kukla "zirvələr fəth etməklə qızlara nümunə olan, qadınların cəmiyyətdəki imkanlarını genişləndirən qəhrəmanlara göstərilən sayqıdır".

Yeni Barbi kuklası ağ hicab və qılıncoynadan libasındadır.

Buna da bax: Müsəlman olimpiya medalçısı sərhəddə saxlandığını deyir

XS
SM
MD
LG