Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:57

'Mən bilən gecənin müəyyən vaxtında bankomatlar boşaldılır'


Astarada bankomata növbə
Astarada bankomata növbə

Rəsmilər bankomatların önündə yaranan növbələrdən nə deyir...

Masallı rayon İcra Hakimiyyətinin müavini Nəsir Muxtarlı sentyabrın 24-də pensiyaların verilməsi zamanı yaranan növbə və narazılıqlara münasibət bildirib. Müavin deyib ki, rayonda pensiyaçıların, səhiyyə və pedaqoji işçilərin pulları eyni vaxtda buraxılıb. Bu da bankomatların qarşısında növbələrə səbəb olub:

“10 mindən çox insandır. Pul ilə bağlı heç bir problem yoxdur. Masallı şəhərində 3, kəndlərdə 8 bankomat işləyir. Bankomata pulları Lənkəranda mərkəz var, onlar gəlib yükləyirlər. Hazırda pul yükləyiblər, əhali öz vəsaitini götürə bilər. Yolu tutmaq söhbəti olmayıb”.

İqtisadçı: "Mən biləni gecənin müəyyən vaxtında bankomatlar boşaldılır. Növbəti gündə onu yükləmək lazım gəlir, gecikir".

Əvvəllər rayonlarda pensiyalar hər ayın ikinci on günlüyündə verilib. Bu dəfə pensiyaların verilməsi sentyabr ayın sonuna təsadüf edib. Bu da əhalinin narazılığına səbəb olub. Sentyabrın 24-də ”Kapital” bankın Masallı filialına məxsus bankomatın qarşısında saatlarla duran onlarla vətəndaşın etirazlarını bildirməkdən ötrü yolu bağlamağa cəhət göstərdiyi bildirilir. Hadisə yerinə polis qüvvələri gətirilib.

Buna da bax:​ Masallıda pensiyaçılar yolu bağlayıblar - YENİLƏNİB

“Gözlərini pensiyaya dikiblər”

Müavin: "Rayonda pensiyaçıların, səhiyyə və pedaqoji işçilərin pulları eyni vaxtda buraxılıb. Bu da bankomatların qarşısında növbələrə səbəb olub"

Müsavat partiyasının Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlunun dediyinə görə bu narazılıq təbiidir: ”Deyirlər ki, yolu bağlamaq istəyiblər. Rayonun 200 mindən çox əhalisi var, bir dənə bankomat işləyir. İnsanların ehtiyacları var. Yaşlı adamlardır. Gözlərini pensiyaya dikiblər”.

“Kapital bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov isə AzadlıqRadiosu-na məsələ ilə bağlı demişdi ki, bankomatlarda heç bir pul qıtlığı yoxdur. Həftəsonu olsa da, bankomatlar mütəmadi inkassasiya olunur.

Buna da bax:​ Kənddə bankomat olmadığından...

Böhran...

"Referenduma görə, istəyirlər adamları sevindirsinlər. Nəticədə başqa vəziyyət yaranıb..."

İqtisadçı Vidadi Mirzəyev deyir ki, pensiyaların verilməsinin gecikdirilməsi ölkədə gedən böhranla da bağlı ola bilər: ”Rayonlarda pensiyalar hər ayın ortalarında verilirdi. Belə narazılıq yox idi. İndi nə üçün ayın sonunda verilər? Pul çatdıra bilmirlər. Digər tərəfdən, bankomatlarda baş verən oğruluqlar bank işçilərini daha ehtiyatla hərəkət etməyə məcbur edir. Mən biləni gecənin müəyyən vaxtında bankomatlar boşaldılır. Növbəti gündə onu yükləmək lazım gəlir, gecikir. Eyni vaxtda bu qədər adama pul buraxmaq lazım deyil. Referenduma görə, istəyirlər adamları sevindirsinlər. Nəticədə başqa vəziyyət yaranıb. Həm də bankların rayon filiallarının çoxu bağlanıb. Əksər rayonlarda bir filial - “Kapital” bankın filiallı fəaliyyət göstərir. Əhali gedib digər filiallarda da pullarını ala bilirdilər. İndi o yoxdur. Mən belə başa düşürəm ki, pensiyaların, əməkhaqların, sosial müavinətlərin geçikdirilməsi növbəti aylarda özünü daha kəskin göstərəcək”

Son günlər oxşar vəziyyətin ölkənin digər cənub rayonlarında da yaşandığı bildirilir.

Cənub rayonlarında verilən xəbərə görə, indi ciddi narazılıq olmasa da bankomatların qarşısında növbələr qalır.

XS
SM
MD
LG