Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59

Baxmut və Soledar ətrafında ağır döyüşlər gedir


Baxmut şəhərinin böyük dağıntılara məruz qaldığı xəbər verilir
Baxmut şəhərinin böyük dağıntılara məruz qaldığı xəbər verilir

Ukrayna bildirir ki, ölkənin şərqindəki Donbas regionunda Baxmut şəhəri ətrafında müdafiəni möhkəmləndirib və Rusiyanın Wagner özəl hərbi şirkəti muzdlularının aramsız hücumlarını dəf edir.

Bu şirkətin sahibi, “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeni Priqojin çoxsaylı yeraltı mədənləri olan bu şəhəri nəyin bahasına olursa olsun zəbt etməyə cəhdlər göstərir.

Kiyev habelə Baxmutun yaxınlığındakı Soledar şəhərinin müdafiəsinə əlavə qüvvələr göndərib.

Ukrayna rəsmiləri bu şəhərin ətrafında vəziyyətin daha ağır olduğunu bildirirlər.

Ukrayna hərbiyyəsinin bəyanatında deyilir:

"Düşmən Soledar şəhərinə hücum etmək üçün müxtəlif tərəflərdən uğursuz cəhdlər edir. Onlar cəbhənin bu hissəsinə peşəkar hərbi birlikləri və vaqnerçiləri gətiriblər”.

Priqojin hər iki tərəfdən verilən ağır itkilərə baxmayaraq aylardır ki, Baxmut və Soledarın zəbt edilməsinə cəhdlər göstərir.

Priqojinin şəxsi maraqları?

Hərbi ekspertlər bildirirlər ki, bu şəhərlərin zəbt edilməsi Rusiya tərəfinə çox cüzi strateji dəyişiklik verə bilər.

Reuters agentliyinin yazdığına görə, ABŞ rəsmilərindən biri deyib ki, Priqojin buradakı zəngin duz və kirəc (gips) yataqlarına göz qoyub.

Rusiyayönlü blogerlərin yazdığına görə Priqojin hazırda Soledardakı administrasiya binasının ələ keçirilməsi uğrunda döyüş getdiyini bildirib.

Ukrayna hərbiyyəsi isə bildirir ki, düşmənin Soledar ətrafından çıxarılması üçün ora əlavə qüvvələr göndərib.

Ukraynanın şərqindəki komandanlıqdan Sergey Çerevatı Ukrayna televizyasına Soledarda “qəddar və qanlı” döyüşlərin getdiyini bildirib.

Ukrayna müharibəsinin Şəmkir camaatına təsiri...
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Cəbhə xətti yarılıbmı?

Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində ötən gecə iki dinc sakin həlak olub, daha iki nəfər yaralanıb.

Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bunun Rusiyanın Baxmut və Soledar şəhərlərini atəşə tutması nəticəsində baş verdiyini deyib.

Bundan əvvəl Rusiyaya bağlı teleqram kanalları Soledar rayonunda cəbhənin yarıldığını və Rusiya ordusunun Baxmut rayonunda irəlilədiyini yazırdılar.

Ukrayna mənbələri isə bildirirlər ki, cəbhənin yarılmasından söhbət gedə bilməz, amma hər iki şəhərin ətrafında ağır döyüşlər gedir.

Yanvarın 9-da qondarma DXR-in qərargahından Donetsk vilayətindəki Baxmutskoye kəndinin rusiyalılar tərəfindən tutulduğu xəbər verilmişdi.

Bu kənd Soledar şəhərinin yaxınlığında yerləşir. Ukrayna bu xəbəri şərh etməyib.

Yanvarın 9-da Rusiyanın bəzi teleqram kanalları hazırda Soledardakı administrasiya binası uğrunda döyüşlərin getdiyini yazmışdılar. Ukrayna bu hücumun da dəf edildiyini bildirib.

XS
SM
MD
LG