Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:11

Bayden və Ərdoğan nədən danışıblar?


ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan G20 sammitində (Arxiv fotosu)
ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan G20 sammitində (Arxiv fotosu)

ABŞ prezidenti Co Bayden deyib ki, telefon söhbəti zamanı prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin F-16 qırıcıları almaq istəyini bir daha bildirib.

ABŞ prezidenti isə türkiyəli həmkarından İsveçin NATO üzvlüyünə əngəl yaratmamağı xahiş edib.

Reuters agentliyi yazır ki, Bayden Ərdoğanı seçki qələbəsi münasibətilə təbrik etmək üçün ona zəng edib:

"Mən Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O hələ də F-16 məsələsi üzrə müəyyən işin görülməsini istəyir. Mən ona dedim ki, bizə İsveç məsələsində razılaşma lazımdır, gəlin bunu edək. Odur ki, biz bir-birimizlə əlaqədə olacağıq”.

Ərdoğanın İsveç məsələsində hərəkət edib-etməyəcəyi barədə suala cavab verən ABŞ prezidenti deyib ki, “mən bu məsələni qaldırdım və biz gələn həftə bu barədə təkrar danışacağıq”.

İsveç və Finlandiya NATO üzvlüyü üçün ötən il müraciət ediblər. Bu üzvlük NATO-nun bütün üzvlərinin razılığı ilə baş tuta bilər. Lakin hələlik Türkiyə və Macarıstan İsveçin alyansa üzvlüyünə razılıq vermirlər.

Türkiyə lirəsinin qara günləri: Ərdoğan seçiləndən sonra daha da çökdü
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Bayden administrasiyası tərəfdardır

Türkiyə ABŞ-dan 20 milyard dollarlıq F-16 qırıcıları və 80 ədəd modernləşdirmə dəsti almaq istəyir.

Lakin Türkiyənin bu istəyinə ABŞ Konqresi mane olur. Konqres Ankaranın NATO-nun genişlənməsinə maneçilik törətməsindən, Türkiyədə insan haqlarının vəziyyətindən və Ankaranın Suriya siyasətindən narazıdır.

Bununla yanaşı Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarının satılmasına tərəfdardır.

Eyni zamanda Konqres Türkiyənin F-16 donanmasının avionika sisteminin təkmilləşdirilməsi üçün ona 250 milyon dollarlıq paketin verilməsinə razılıq verib.

Lakin bundan az əvvəl Türkiyə Finlandiyanın NATO üzvlüyünə razılıq verməli olmuşdu.

Ərdoğanın qələbəsi Bakıda belə qeyd olundu
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

“Əl əli yuyar” prinsipi

Bayden administrasiyası dəfələrlə bildirib ki, Türkiyəyə F-16-ların verilməsi və NATO-nun genişlənməsi məsələsi arasında heç bir “əl əli yuyar” prinsipi ola bilməz.

Amma Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yanvar ayında demişdi ki, Ankara NATO-nun genişlənməsini bloklamasa Konqres F-16 məsələsinə müsbət baxa bilər.

Fevral ayında konqresmenlərin hər iki partiyadan olan qrupu Baydenə məktub göndərmişdi. Məktubda deyilirdi ki, Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü bloklaması Türkiyəyə F-16 satışı məsələsini sual altında qoya bilər.

Bu müzakirələrlə tanış olan mənbə Reuters agentliyinə bildirmişdi ki, Ankara İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmasa, F-16 sazişinin Konqresdən keçməsi çox çətin olacaq.

Türkiyə Finlandiyanın NATO üzvlüyü sənədlərini mart ayında ratifikasiya etsə də, İsveçin alyansa üzvlüyünə hələ də etiraz edir.

İsveçi NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində alyans üzvü kimi görmək hazırda Vaşinqtonun əsas prioritetlərindəndir.

Türkiyə prezidenti administrasiyasının Baydenlə söhbətə dair məlumatında deyilir ki, iki lider ölkələri arasında münasibətlərin dərinləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

XS
SM
MD
LG