Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:36

Bayden: 'Ona nə haqq verir ki?..'


Co Bayden
Co Bayden

ABŞ-ın Maliyyə Nazirliyi prezident Baydenin çıxışından sonra sanksiyaların hədəflədiyi Rusiya fərd və vahidlərinin adlarını açıqlayıb

ABŞ prezidenti Co Bayden fevralın 22-də Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın dövlət borclarına sanksiyalar elan edir.

O bildirib ki, habelə Rusiyanın hərbi strukturlarını maliyyələşdirən Rospromsvyaz bankı üzərinə sanksiyalar qoyulur.

Bundan başqa Bayden deyib ki, tezliklə Rusiya rəhbərliyinin nümayəndələrini hədəfləyən fərdi sanksiyalar elan olunacaq.

Ağ Evdə çıxış edən Bayden deyib ki, Rusiya Prezidenti Vladimir Putin “çox qəribə bir şəkildə” Ukraynanın iki separatçı bölgəsinin müstəqlliyini tanıyıb:

“Ona nə haqq verir ki, qonşuya aid ərazilərdə hansısa dövlətlərin müstəqilliyini tanısın”.

Bayden bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

Onun fikrincə, Putin Ukraynanın başqa ərazilərini zorla zəbt etmək üçün bəhanələr axtarır.

Ukraynanın varlığına qəsd

Bayden bildirib ki, Putin Ukraynanın birbaşa varlığına qəsd edir və Avropa təhlükəsizliyi məsələsi onu qətiyyən maraqlandırmır.

Bu da xəbər verilir ki, Bayden şərqi Avropadakı müttəfiq ölkələrin ərazisinə daha çox qoşun göndərilməsinə sərəncam verib.

O qeyd edib ki, Avropada belə qüvvələr və silahlar var və onlar Baltik ölkələrinə səmtləndiriləcəklər.

Bayden bu tədbirlərin müdafiə xarakteri daşıdığını vuirğulayıb.

Prezident deyib ki, Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirərsə, daha sərt sanksiyalarla üzləşəcək.

O bildirib ki, Rusiyaya qarşı sanksiyaların Amerika biznesinə mənfi təsirlərindən agahdır və sanksiya hədəflərinin daha dəqiq olmasına çalışır.

Atalar və oğullar

Bayden “DXR və LXR” adlanan qondarma ərazilərin müstəqilliyinin tanınmasını beynəlxalq qanunun kobud şəkildə pozulması adlandırıb və deyib ki, dünya birliyi bu hərəkətə lazımi cavabını verəcək.

O vurğulayıb ki, ABŞ bu məsələdə öz siyasi xəttini dəyişməyəcək:

“Ukraynaya köməyi ABŞ da davam etdirəcək, NATO da. Və biz müttəfiqlərimizlə əlaqəli hərəkət edəcəyik”.

Bayden deyib ki, təcavüzü dayandırmaq hələ gec deyil və Vaşinqton diplomatiyaya açıqdır.

O bildirib ki, ABŞ-ın Rusiya ilə vuruşmaq niyyəti yoxdur, amma Vaşinqton NATO ərazilərini müdafiə edəcək.

ABŞ-ın Maliyyə Nazirliyi prezident Baydenin çıxışından sonra sanksiyaların hədəflədiyi Rusiya fərd və vahidlərinin adlarını açıqlayıb.

Bu siyahıya Rusiyanın yüksək vəzifəli üç rəsmisinin oğullarının adları da daxil edilib.

Söhbət FTX direktorunun oğlu Denis Bortnikovdan, SVR (xarici kəşfiyyat) qurumunun keçmiş başçısının oğlu Pyotr Fradkovdan və Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavinin oğlu Vladimir Kiriyenkodan gedir.

Bu da qeyd olunur ki, bu şəxslərin özləri də kifayət qədər yüksək vəzifə sahibləridirlər.

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

Denis Bortnikov VTB bankın vitse-prezidentidir, Pyotr Fradkov sanksiya olunan Promsvyazbanka rəhbərlik edir, Kiriyenko isə VK qrupunun başçısıdır.

Sanksiya siyahısında VEB və Promsvyazbank banklarından başqa 40-dək törəmə şirkətin adları var.

Putin fevralın 21-də Donetsk və Luqanskın müstəqilliyini tanımaqla bağlı qərarını elan edib, daha sonra ordu yeridilməsi haqda fərman imzalayıb. Bu addım Qərb liderləri tərəfindən dərhal pislənilib.

Britaniya da fevralın 22-də Rusiyaya sanksiyalar elan edib. Almaniya isə Şimal axını-2 qaz kəmərinin sertifikasiyasını dayandırıb.

XS
SM
MD
LG