Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:07

Bayram Məmmədov azadlıqdadır


Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

B.Məmmədov Elmar Hüseynovun qəbrini ziyarət edir

«Bir saat olar ki, Binəqədi təcridxanasından buraxılmışam».

Bunu AzadlıqRadiosuna bu gün, aprelin 29-da inzibatı cəza müddəti başa çatdıqdan sonra sərbəst buraxılan gənc fəal Bayram Məmmədov bildirib.

İnzibati cəzanın ilk günlərində təcridxanada müəyyən problemlər olduğunu deyən B.Məmmədov sonra hər şeyin tədricən öz yerini aldığını bildirib.

«Yəni, apellyasiya məhkəməsində dediklərimi media yayıb. Ondan sonra sakitlik oldu. Mən cəza müddətini başa vurana kimi. Yəni, sonra elə bir ciddi problemlə üzləşmədim», - B.Məmmədov bildirib.

B.Məmmədov deyib ki, hazırda əqidə dostları ilə 14 il əvvəl qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarətə gedir.

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. Bu qətilin iştirakçıları hələ də tapılaraq məsuliyyətə cəlb edilməyiblər.

+++

Prezidentin əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra saxlanan gənc fəal Bayram Məmmədov bu gün, aprelin 29-da sərbəst buraxılıb.

Bu barədə onun dostları məlumat yayıblar.

B.Məmmədov ötən ay polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs cəzası almışdı.

Gənc fəal ittihamı qəbul etmirdi. Verdiyi apellyasiya şikayəti ilə bağlı keçirilən prosesdə saxlandıqdan sonra işgəncəyə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə onun işgəncə ilə bağlı dediklərini təkzib etmişdilər.

Xatırlatma

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi. Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

XS
SM
MD
LG