Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:07

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb


Avropadan Bakıya məktub var: Sərbəst toplaşma qanununu dəyişin
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Avropadan Bakıya məktub var: Sərbəst toplaşma qanununu dəyişin

Onlar Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar

Bugün, dekabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar:

“Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər”.

Demokratiya sammiti

Dekabrın 9-10-da ABŞ Demokratiya Sammiti keçiriləcək. Bu münasibətlə ABŞ Xəzinədarlığı korrupsiyaya, ciddi insan haqları pozuntularına yol verən, demokratiyaya zərbə vuran şəxslərə sanksiyalar açıqlayacaq.

Virtual sammitə 110 təmsilçi dəvət alıb. Tədbirin məqsədinin dünyada demokratik geriləməni, insan haqları və azadlıqların təhrifini önləmək olduğu bildirilib. Çin, Rusiya, eləcə də Azərbaycan və Türkiyə sammitə dəvət olunmayıblar.

Cənubi Qafqaz ölkələrindən Ermənistan və Gürcüstan dəvət alanlar sırasındadırlar.

Beynəlxalq insan haqları təşkilatları Azərbaycanı insan haqları pozuntularında ittiham edir. Hakimiyyət təmsilçiləri isə onları qərəzli mövqedə suçlayır, ölkədə təməl insan haqlarının qorunduğunu bildirir.

Azərbaycanın toplaşma azadlığı qanunu İnsan haqları Konvensiyasına zidd sayılır
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG