Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:49

Belarus Rusiya ilə narazılığa görə Azərbaycan və digər ölkələrdən neft almaq istəyir


Qomel neftötürmə stansiyası, Drujba kəməri, 8 yanvar, 2010.
Qomel neftötürmə stansiyası, Drujba kəməri, 8 yanvar, 2010.

Belarus alternativ olaraq neft almaq üçün bir neçə Avropa ölkəsinə müraciət edib.

Belarusun baş nazir müavini Dimitry Krutoy yanvarın 14-də bildirib ki, ölkədəki bütün neftayırma şirkətlərinin nümayəndələri artıq xaricdəki potensial tərəfdaşlarla danışıqlar aparırlar.

O, ümid edir ki, neft almaq üçün tezliklə Minskin alternativ imkanları yaranacaq.

Baş nazir müavini qeyd edib ki, hazırda Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltik ölkələri ilə mümkün əməkdaşlığa baxılır.

Qeyd edək ki, Belarus hökumətinin bu bəyanatı, Moskvanın təxminən 2 həftə əvvəl gözlənilmədən Belarusa neft verilməsini dayandırmasından sonraya təsadüf edir.

Artıq Latviya Belarusa neft verməyə hazır olduğunu bəyan edib. Bu barədə Latviyanın Belarusdakı səfiri Eynars Semanis, ölkənin baş nazirinin Belarusa səfəri ərəfəsində məlumat verib.

Qeyd edək ki, Belarus hələlik tranzit neftin tarifi ilə bağlı Rusiya ilə razılığa gələ bilməyib. Amma tərəflər hələlik qazın qiyməti ilə bağlı 2 aylər razılaşma əldə ediblər.

Belarusla Rusiya yaxın müttəfiq ölkələrdir və iki ölkə arasında ittifaq müqaviləsi var. Söhbət iki ölkə iqtisadiyyatının daha sıx inteqrasiyasından gedir.

Amma Belarus prezidenti Aleksandr Lukashenka daima Moskvanı Minskə təzyiq göstərməkdə günahlandırır.

XS
SM
MD
LG