Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:51

Lukaşenka ‘müxalifyönlü’ idmançıların təqibini davam etdirir


Darya Dolidoviç və Sviatlana Andryuk
Darya Dolidoviç və Sviatlana Andryuk

Belarusda  2020-ci ilin prezident seçkisindən sonra diktator Alyaksandr Lukaşenkanın repressiyaları əsnasında çox sayda idmançı təqib olunub

Belarusun iki xizəkçisi yarışlardan çıxarıldıqlarını bildiriblər.

Ölkənin idman rəsmiləri onları siyasi müxalifəti dəstəkləməkdə ittiham ediblər.

Svyatlana AndryukDarya Dalidoviç yanvarın 11-də Reuters agentliyinə deyiblər ki, Belarus Xizəkçilik İttifaqı onların fərdi idmançı qeydiyyatını ötən ay ləğv edib və onlar bu səbəbdən Beynəlxalq Xizəkçilik Federasiyasının, Pekin Olimpiadasının seçmə yarışları da daxil beynəlxalq idman turnirlərində iştirak edə bilməyəcəklər.

Andryuk və Dalidoviçin dediyinə görə Belarusun Xizəkçilik Federasiyasının rəhbəri Alyaksandr Daraxoviç noyabr ayında onların yarışlarda iştirakına qadağan qoyulması barədə göstəriş verib.

AzadlıqRadiosu bildirir ki, həm də Minsk merinin müavini olan Daraxoviçlə danışmaq mümkün olmayıb.

Beynəlxalq Xizəkçilik Federasiyası Reuters agentliyi ilə söhbətində idmançıların qeydiyyatının ləğv olunduğunu təsdiqləyib.

Belarusda 2020-ci ilin prezident seçkisindən sonra diktator Alyaksandr Lukaşenkanın repressiyaları əsnasında çox sayda idmançı təqib olunub.

Müxalifət və Qərb Belarus seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını bildiriblər.

Avropa İttifaqı və ABŞ həmin seçkinin nəticələrini və Lukaşenkanın legitimliyini tanımadıqlarını bildiriblər.

Atasına görə

Lakin 22 yaşlı Andryuk deyir ki, o öz siyasi baxışlarını heç vaxt açıq ifadə etməyib.

İdmançı əlavə edib ki, o ölkədə baş verən siyasi hadisələrdə “neytral” mövqe tutub.

17 yaşlı Dalidoviç isə güman edir ki, ona qarşı belə addım atılmasına atasının siyasi baxışları səbəb ola bilərdi.

Onun atası, yeddi dəfə olimpiada iştirakçısı Syarhey Dalidoviç 2020-ci ildə anti-Lukaşenka etirazlarında iştirak edib.

Belarus İdmanla Həmrəylik Fondu yanvarın 11-də sosial mediada bildirib ki, hər iki xizəkçinin beynəlxalq yarışlara buraxılması üçün Beynəlxalq Xizəkçilik Federasiyasına müraciət edilib.

Belarus İdmanla Həmrəylik Fondu 2020-ci ilin avqustunda təqaüddə olan Belarus üzgüçüsü Alyaksandra Herasimenya tərəfindən təsis edilib.

Bu fond hakimiyyət tərəfindən təqiblərə məruz qalan idmançılara maliyyə və hüquq dəstəyi verir.

Bu yaxınlarda Belarusun idman rəsmiləri qaçışçı Kristina Tsimanavskayanı Tokio Olimpiadasından zorla Belarusa göndərməyə çalışmışdlar. O həmin rəsmiləri sosial mediada tənqid etmişdi.

Buna görə idmançı Tokiodakı Polşa səfirliyinə sığınmış və iki gün sonra təyyarə ilə Varşavaya çatdırılmışdı. O hazırda Polşada siyasi sığınacaq alıb.

XS
SM
MD
LG