Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Belarus internetə nəzarəti sərtləşdirir


Belarus parlamentinin aşağı palatası internet xəbər saytları və sosial media şəbəkələri üzərində hökumət nəzarətini artıran qanun layihəsinibirinci oxunuşda qəbul edib.

Qanun layihəsi aprelin 19-da Nümayəndələr Palatasından 98-2 səs çoxluğu ilə keçib.

Qanunun qüvvəyə minməsi üçün onun aşağı palatada azı bir oxunuşu da olmalıdır.

Qanun internet xəbərləri yayan qurumlara könüllü şəkildə İnformasiya Nazirliyində qeydiyyatdan keçməyi tövsiyə edir.

Bununla yanaşı fərdi şəxslərə xəbər saytlarını qeydiyyatdan keçirmək icazəsi verilmir, habelə şəxsi mülklərdə media fəaliyyəti qadağan olunur.

Bu da qeyd olunur ki, rəsmi qeydiyyatdan keçməyən media qurumlarının nümayəndələrinə akkreditasiyalar verilməyəcək və beləliklə də onlar Belarus rəsmilərindən müsahibə və ya şərhlər ala bilməyəcəklər. Belələrinə habelə Belarusda audio və video yazılışları və çəkilişləri aparmaq yasaqlanacaq.

Bundan başqa qeydiyyatsız media qurumları informasiya mənbəyini açmamaq hüququndan məhrum ediləcək.

Yeni qanunvericilik aktı media qurumlarından bütün dərc olunmnuş materialları 6 ay müddətində öz serverlərində saxlamalarını tələb edir.

Yeni qanun həmçinin anonim sosial media kommentlərini qadağan edir və hökumətə sosial media şəbəkələrini məhkəmə qərarı olmadan bağlamaq səlahiyyəti verir.

Belarus və onun avtoritar prezidenti Alyaksandr Lukaşenko Qərb tərəfindən insan haqlarını pozmaqda və vətəndaş azadlıqlarını boğmaqda ittiham olunur.

XS
SM
MD
LG