Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

Belarusda prezidentliyə keçmiş namizəd həbs edildi


Belarus-Prezidentliyə keçmiş namizəd Andrey Dimitriev
Belarus-Prezidentliyə keçmiş namizəd Andrey Dimitriev

Ötən prezident seçkisindən sonra kütləvi etirazları dəstəkləyən Belarusun Slovakiyadakı keçmiş səfiri İqor Leshenya da daxil olmaqla bir neçə nəfərin də saxlandığı bildirilir.

Belarusda prezidentliyə keçmiş namizəd- “Həqiqəti Söylə” elm-təhsil birliyinin həmsədri Andrey Dmitriev saxlanıb.

“Veasna” insan hüquqları mərkəzinin məlumatına görə, Dmitriev avqustun 12 -i səhər saatlarında saxlanılıb.

Azadlıq Radiosunun Belarus Xidməti bildirir ki, hələlik həbsin səbəbi və onun harda saxlandığı bəlli deyil.

Hüquq müdafiəçilərinin dediyinə görə, Andrey Dmitriev də, çərşənbə günü axtarış aparılmış “Sxod” platformasının nümayəndələrindən biridir.

Həmçinin, ötən prezident seçkisindən sonra kütləvi etirazları dəstəkləyən Belarusun Slovakiyadakı keçmiş səfiri İqor Leshenya da daxil olmaqla bir neçə nəfərin saxlandığı bildirilir.

"Həqiqəti Söylə" kampaniyasına Belarusda 2010 -cu ildən başlayıb.

Lukashenka rejimi represiyaları getdikcə kəskinləşdirir.

Son vaxtlar Aleksandr lukashenka rejimi Belarusda hüquq müdafiəçiləri, müxalifət fəalları və Qeyri-hökumət təşkilatlarına qarşı represiyaları daha da kəskinləşdirib.

2020-ci ilin sentyabrında Belarusda keçirilən mübahisəli prezident seçkisindən sonra Qərblə Lukashenka rejimi arasında münasibətlər daha da pisləşib.

Belarus müxalifəti və bir çox Qərb ölkələri Lukashenkanın qalib elan edildiyi bu seçkinin nəticələrini tanışırlar.

1994 -cü ildən hakimiyyətdə olan Lukashenka, bundan sonra ölkədə başlayan kütləvi etirazları zorakılıqla dağıtdı, müxalifət liderləri də daxil olmaqla minlərlə insan saxlandı və ya həbsə atıldı.

Əsas müxalifət lideri və prezidentliyə keçmiş namizəd Svetlana Tikhanovskaya isə hazırda xaricdə mühacirətdə yaşayır.

XS
SM
MD
LG