Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Litva miqrantlara qarşı ‘gücdən istifadə’yə icazə verir


Litvada miqrantlar və polis
Litvada miqrantlar və polis

Daxili İşlər Nazirliyinin avqustun 3-də bildirməsinə görə, “gücdən istifadə şəraitdən asılıdır”, amma gərəkərsə buna icazə verilib

Avropa Birliyinin üzvü olan Litva hakimiyyəti bildirir ki, sərhədçilərə ölkəyə qanunsuz daxil olmağa cəhd edən miqrantları geri qaytarmaq göstərişi verilib. Özəlliklə qonşu Belarusdan Litvaya keçənlərin sayı artıb.

Daxili İşlər Nazirliyinin avqustun 3-də bildirməsinə görə, “gücdən istifadə şəraitdən asılıdır”, amma gərəkərsə buna icazə verilib.

Lukaşenka amili

Litva və Avropa rəsmiləri Belarusdan qanunsuz keçənlərin artmasını Alyaksandr Lukaşenkanın hakimiyyətdə qalmaqdan ötrü getdikcə daha pozucu hərəkətləri ilə izah edirlər. Sərhədi keçənlər isə əsasən iraqlılardır.

Lukaşenka bir il öncə seçkinin qalibi elan olunsa da, beynəlxalq ictimaiyyət onu prezident kimi tanımır.

“Litva sərhədçiləri əvvəlcə miqrantlara deyirlər ki, onlar azıblar; onlar gözəl ölkə Belarusa gəliblər, amma təbiətdə gəzərkən yolu azıblar, indi isə turist kimi yollarını həmin ölkədə davam etdirməlidirlər”, – Litva Daxili işlər nazirinin müavini Arnoldas Abramavicius jurnalistlərə deyib.

O, sərhədçilərin gücdən istifadə edə biləciyini, “sərhədçilərin miqrantlar tərəfindən aqressiyaya məruz qalacağının istisna olunmadığını” söyləyib.

Litvaya yardım vədi

Bir gün öncə Belarusdan rekord sayda – 287 miqrant keçib. AB-nin Daxili işlər üzrə komissarı Yiva Cohansson isə bu arada böhranın həllindən ötrü Litvaya səfər edib.

“Bu, Lukaşenka rejiminin provokasiyasıdır. Biz AB ərazisinə azad giriş olmadığını göstərməliyik”, – Cohansson Litvada deyib.

Blok Litvaya problemin həllindən ötrü milyonlarla avro yardım vəd edib.

Bu il Litva hakimiyyəti 4 mindən çox miqrantı saxlayıb. Ötən il bu rəqəm 81 idi.

679 kilometrlik Litva-Belarus sərhədində fiziki maneə, demək olar, yoxdur.

Litvaya keçənlərin üçdə ikisindən çoxunun İraq vətəndaşları olduğu bildirilir. Onlar Minskə Bağdaddan birbaşa uçuşla gedirlər.

Belarus Əl-Bəsrədən və İraqın daha iki şəhərindən birbaşa uçuşlar planlaşdırır.

Ötənilki seçkinin nəticələrinə kütləvi etirazları Lukaşenka amansızlıqla yatırdıb.

XS
SM
MD
LG