Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:03

Lukaşenka: Belarusun Rusiya rubluna keçmək niyyəti yoxdur


Belarus rublu
Belarus rublu

Belarus və Rusiya yaxın gələcəkdə vahid valyutaya keçidi planlaşdırmırlar.

AP yazır ki, Belarus başçısı Alyaksandr Lukaşenka bu bəyanatı Rusiya Mərkəzi Bankının rəhbəri ilə söhbətində verib.

O Elvira Nabiullinaya deyib ki, Belarusda Rusiya rublunun tətbiqi “asan proses olmazdı” və Minsk bunu etmək niyyətində deyil:

“Vahid valyuta yaratmaq məsələsinə gəlincə və sair, bu elə də asan məsələ deyil. Hər halda bugün üçün bu belədir”.

Moskvanın subsidiyaları hesabına

Lukaşenka Belarusda sovet tipli iqtisadiyyatı ayaq üstdə saxlamaq üçün onilliklər ərzində Rusiyadan subsidiyalar alıb.

İki ölkə vahid dövlət yaratmaq barədə müqaviləni 1990-cı illərin əvvəllərində imzalasa da, bu sənəd əsasən elə kağız üzərində qalıb.

Müqaviləyə görə Rusiya və Belarusun ümumi müdafiə, maliyyə və gömrük sistemləri olmalı idi.

Rusiya habelə 2020-ci il seçkisindən sonra başlanan kütləvi etirazlara baxmayaraq Lukaşenkanın hakimiyyətdə qalmasını təmin edib.

Ötən il Moskva Ukrayna ərazisinə əsassız və səbəbsiz hücum üçün Belarus ərazisindən platsdarm kimi istifadə edib.

Türkiyə lirəsinin qara günləri: Ərdoğan seçiləndən sonra daha da çökdü
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Olub-qalan suverenliyin saxlanması

Lukaşenka Nabiullina ilə söhbətində deyib ki, Qərb sanksiyaları Belarus iqtisadiyyatını çətin duruma salıb, amma Rusiya Mərkəzi Bankının qərarları bu sanksiyaların zərbəsini bir qədər yumşaldıb:

“Hətta düşmənlərimiz də etiraf edirlər ki, Elvira Nabiullina Rusiyada, xüsusilə də sanksiyalarla bağlı iqtisadi problemlərin öhdəsindən çox çevik şəkildə gələ bilib”.

Belarusun müstəqil təhlilçilərindən biri AP agentliyinə deyib ki, Lukaşenka rubla keçidi ləngitməklə Belarusun olub-qalan suverenliyini qoruyub saxlamağa çalışır.

Valeri Karbaleviç deyib ki, Lukaşenka bununla, səhhətinin pisləşməsinə rəğmən hələ də vəziyyətə nəzarət etdiyini göstərmək istəyir:

“Lukaşenka Kremlin tam vassalına çevrilməkdən məmnun deyil və Qərb və Çinlə danışıqlara ayaqyeri saxlamaq üçün Moskvanın təzyiqlərini dəf etməyə çalışır”.

XS
SM
MD
LG