Sentyabrın 8-də, İraqın Bəsrə şəhərindəki aeroporta üç raket atılıb.
İnsan itkisi yoxdur. Bəsrə bir neçə gündür ki, zorakılıqlara şahid olur.
Bəsrədəki son nümayişlərdə 12 nəfər həlak olub, 30 min nəfər isə çirkli su içib xəstələnib.
İraqın Səhiyyə Nazirliyi xəbər verir ki, nümayişlərdə 48-i mülki, ikisi polis olmaqla 50 nəfər yaralanıb.
Sentyabrın 7-də, nümayişçilər İran konsulluğuna od vurublar, İranı ölkənin daxili işinə qarışmaqda suçlayıblar.
İran hökuməti hücumu pisləyib, onu təşkil edənlərin tezliklə cəzalanmasını istəyib.