Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:28

Nazir müavini Beynəlxalq Bankdan danışdı


Azərbaycan Beynəlxalq Bankı. Foto: Report.az
Azərbaycan Beynəlxalq Bankı. Foto: Report.az

«Beynəlxalq Bankdakı əmanətlərlə bağlı problem yoxdur».

Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov belə deyib.

O, bu gün, mayın 25-i Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib.

Nazir müavini deyib ki, bankdan əmanətlərin qaytarılmasında məhdudiyyət yoxdur. Ancaq müştərilərin onları götürməsindən ötrü də əsas yoxdur.

***Buna da bax-Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?

«Əhalinin əmanətləri sığortalanıb, ona görə narahat olmaq lazım deyil», - deyən A.Bayramov əlavə edib ki, restrukturizasiya yalnız xarici öhdəliklərlə bağlıdır.

Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Bankdakı əmanətlərin miqdarı və ümumi borc açıqlanmır.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Bundan sonra bank ətrafında bir sıra qalmaqallar üzə çıxmağa başlayıb. Onlardan biri də Qazaxıstan pensiyaçılarının bu bankda yatırılan 250 milyon dollarlıq pullarının qaytarılmama təhlükəsi ilə bağlıdır.

***Buna da bax-Qazaxıstan Beynəlxalq Bankdakı pullarını qaytarmaq niyyətindədir

Verilən məlumata görə, ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

İki gün əvvəl, yanvarın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Görüşdə maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və bankın İdarə Heyətinin sədri Xalid Əhədov iştirak edib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

XS
SM
MD
LG