Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Hər kosmosa uçana, 'kosmonavt' titulu düşmür?


Bezos və yoldaşlarının qarşılanması
Bezos və yoldaşlarının qarşılanması

Aviasiya hakimiyyətinin yeni qaydaları astronavtlar üçün nəzərdə tutulmuş “qanadlı nişanın” təltif olunması şərtlərini sərtləşdirib

Blue Origin özəl aerokosmik şirkətinin təsisçisi, dünyanın ən zəngin insanı Cef Bezos bu həftə özünün kosmosa uğurlu kommersiya uçuşunu həyata keçirsə də, astronavt nişanına layiq görülməyə bilər.

The Independent yazır ki, belə bir problemi ABŞ Federal Aviasiya Administrasiyasının yeni qaydaları yaradıb.

Maraqlıdır ki, bu qaydalar Bezosun kosmosa uçduğu gün – iyulun 20-də dəyişdirilib.

Aviasiya hakimiyyətinin yeni qaydaları astronavtlar üçün nəzərdə tutulmuş “qanadlı nişanın” təltif olunması şərtlərini sərtləşdirib.

Yeni qaydalara görə “qanadlar nişanına” uçuş təhlükəsizliyinə töhfə verən lisenziyalı gəmilərin heyət üzvləri layiq görülür.

Ən əsas şərt isə onların Yerdən azı 80 kilometr hündürlüyə qalxmasıdır. 100 kilometrədək yüksəklik suborbital yüksəklik sayılır.

Tipik "qanadlar nişanı"
Tipik "qanadlar nişanı"

Sərnişin astronavt deyil

Yeni qaydalar habelə kommersiya uçuşlarının heyətlərindən “insanların kosmosda təhlükəsizliyinin artırılmasına töhfə verən fəalliyyət göstərmələrini” tələb edir.

Başqa sözlərlə kosmosa uçan gəminin yalnız sərnişini olana “astronavt qanadları” nişanı düşmür.

Bu nişan heç bir hüquqi imtiyaz verməsə də, astronavtlar arasında çox hörmətli təltif sayılır.

Məqalədə deyilir ki, qaydaların dəyişdirilməsindən məqsəd kommersiya kosmik uçuşlarını hazırlayanları kosmonavtikaya töhfə verməyə həvəsləndirməkdir.

Beləliklə Bezosun Blue Origin və milyarder Riçard Bransonun Virgin Galactic raketləri kosmik turizmin inkişafına təkan versələr də, “qanadlar nişanının” heç də bütün tələblərinə cavab vermirlər.

Qaydaları dəyişənlər izah edirlər ki, gəmidə sadəcə sərnişin kimi əyləşib onun idarə olunmasında iştirak etməyənlərə avstronavt titulunun verilməsi nə dərəcədə ədalətlidir.

Uolli Fank
Uolli Fank

Yalnız birinə “hörmət” edə bilərlər

Blue Origin şirkətinin iyulun 20-də fəzaya qalxan New Shepard reysində dörd nəfər uçub – Bezos, onun qardaşı Mark, Uolli FankOliver Dimen.

Uçuş tam olaraq Yerdən idarə olunurdu və onlar gəminin idarə edilməsində iştirakçı deyildilər.

Blue Origin şirkətinin baş icraçı direktoru Bob Smit uçuşdan əvvəl etdiyi çıxışda elə belə də demişdi:

“Bu bir avtonom moduldur və orada uçuş heyətinin görəcəyi bir iş yoxdur”.

Bununla yanaşı yeni qaydalarda “bəşəriyyətin kosmik uçuşlar sənayesinə fövqəladə töhfə verənlərin” xüsusi təltifə layiq olduğu bildirlir.

ABŞ Federal Aviasiya Administrasiyasının yeni qaydalarına görə bu mənada sözü gedən 4 nəfərdən biri – xanım Uolli Fank istisna sayıla bilər.

Çünki o, 1960-cı illərdə astronavt təlimi keçsə də kosmosa göndərilməyib.

Bu baxımdan yalnız ona, istisna olaraq “astrovat qanadları” nişanı verilə bilər.

XS
SM
MD
LG