Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:37

‘İşıq məhbusları’na hökm: İki nəfərinə həbs cəzası verildi


"İşıq məhbusları"nın məhkəməsi önündə. 30 iyun 2017
"İşıq məhbusları"nın məhkəməsi önündə. 30 iyun 2017

Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi başa çatıb. Hakim Təranə Hüseynova təqsirləndirilən 5 nəfərdən 3-ünün şərti olaraq azadlığa buraxılmasına hökm verib.

Bu haqda AzadlıqRadiosu-na təqsirləndirilən şəxslərin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Buna da bax:​ 'İşıq məhbusları'nın müdafiəsinə yeni vəkillər qoşulub

Vəkilin bildirdiyinə görə, hökm avqustun 14-də elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Gülağa Alməmmədov, İlkin İsgəndərovCəlal Quliyev şərti olaraq azadlığa buraxılıblar.

Məhkəmə digər iki nəfərin - Ülvi Quliyev Zaur Feyruzlunun 1 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib.

Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlər aksiya keçirir. 22dek2016
Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlər aksiya keçirir. 22dek2016

E.Sadıqov hökmün, hələlik onlara təqdim edilmədiyini bildirir. Onun deməsinə görə, hökmü aldıqdan sonra yuxarı məhkəmələrə şikayət edilib-edilməməsini müzakirə edəcəklər.

Buna da bax: 'İşıq məhbusları': 'Ola bilsin, etiraz aksiyası keçirərkən səhv eləmişik'

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.

Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, onlardan da xəsarət alanlar olub və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.

Buna da bax:​ 'İşıq məhbusları'nın məhkəməsi təciliyardımla başladı

Köçkünlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Aliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs edilib. Onlara CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.

Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.

XS
SM
MD
LG