Lənkəranın böyük bazarı şəhərin mərkəzindədir. Şəhərin əksər yolları burada kəsişir. Bazar yaşayış evləri ilə əhatə olunub. Lənkəranlılar deyir ki, bazar burada yaşayanların çörək ağacıdır. Bir neçə dəfə yerini dəyşmək təşəbbüsü olsa da, bazardan çörəyi çıxanalar buna imkan verməyiblər...
Bazar çirkli, səliqəsiz meydanı xatırladır.Yağış, qar yağanda vəziyyət daha da pisləşir. Bazarın girəcəyində iş axtaranlardan biri deyir ki, problem həmişə var:
“Ağa desə məni dalına al, alaram”
“Üç gündür gəlib-gedirəm, bir dənə də iş yoxdur. Adətən ilin bu vaxtında iş tapmaq çətin olur. Böyük tikintilər yoxdur, kənd təsərrüfatında da iş tələb olunmur. Xaricdən pul gətirib fərdi evlər tikənlər var. O da ildən ilə azalır. Günəmuzd işləyirik. Ağa desə məni dalına al, alaram. Evdə çörək gözləyirlər. İşin çətinliyindən aslı olaraq 15-20 manat verirlər. Əvvəllər burda çoxlu işsizlər toplaşardı. İndi iş yoxdur, ona görə adam azdır. Bəzilərinə də iş veriblər.”
“Qaloş daha çox satılır”
Bazarın bir hissəsində, əsasən sənaye malları satılır. Mağazalarda Türkiyə, İran, Çin malları daha çoxdur. Ayaqqabı satan satıcı deyir ki, mallar az satılır:
“Payızdır, qarşıdan qış gəlir. Bu fəsillərə uyğun olaraq ayaqqabı alırlar. Qaloş daha çox satılır. Kənd adamları alır. İran və Türkiyədən gətirilən qaloşlardır. Ayaqqabılar arasında ən ucuzu qaloşdur. Onu da nisyə aparmaq istəyirlər...”
Köşklərin qarşısında duran satıcılar alıcıların diqqətini çəkmək üçün mallarını tərifləyirlər. Bazarın bu hissəsi elə də hay-küylü deyil. Satıclardan biri deyir ki, alver zəif olduğundan indiyə qədər bir neçə mağaza bağlanıb.
Bazarın digər hissəsində kənd təsərrüfatı, ərzaq məhsulları satılır. Burda da eyni vəziyyətdir. Piştaxta arxasında duran satıcı mallarının qiymətini sadalyır:
“Nardır, kilosu 80 qəpik Sabirabaddandır. Soğan Ağdamdan gətirlib, kilosu 45 qəpiyədir. Kartof da var...”
Bir alıcı malları diqqətlə nəzərdən keçirir. Satıcdan xahiş edir ki, ona yerli kartof versin. Satıcı:
“İlin bu vaxtında yerli kartof az olur. Türkiyənin, İranın var. Qara kartof rusiyanındır. Kefiyyətindən aslı olaraq kiloqramı 70-80 qəpiyə satılır. Toxumluq kartof 2-3 günə Rusiyadan gətiriləcək.”
“Pomidorun, xiyarın qimyəti qalxıb”
Satıcı jurnalist olduğumuzu biləndən sonra gileylənir:
“Ala bilmirlər. 1-2 kiloqram kartof, soğan alırlar. Qalan məhsullar o qədər də satılmır. Pomidorun, xiyarın qimyəti qalxıb. Hər kəs ala bilmir. Amma digər məhsulların qiyməti yerindədir. Belə alverlə ailə dolandırmaq olmaz. Söz yox ki, qar yağsa qiymətlər qalxar. İndi havalar mülayim keçir, qiymətlər yerindədir. Amma alıcı azdır.”
“Bu il düyü az oldu”
Yaxınlıqda isə hər növ düyü satılır. Satıcı deyir ki, burada satışa çıxarılan düyülər Lənkəran və Astarada istehsal olunub:
“Bu il düyü az oldu. Ötən ilə nisbətən qiymətlər bahadır. Adamlar Rusiyadan gətirilmiş ucuz Krasnodar düyüsünü daha çox alırdılar. Bu il Krasnodar düyüsü də istehsal olunub. Kilosu 1 manat 40 qəpiyədir. Alıcı az olanda qiymət düşür. Kasıblar toyları üçün Krasnodar düyüsünü, varlılar isə bahalı düyüləri alırlar. Bizdə əsas ərzaq düyü olub. Keçən əsrin əvvəllərində çörək yeyənlərə pis baxıblar. İndi də elə ailələr var ki, çörək yemirlər. Düyüyə üstünlük verirlər. İndi düyü bahadır, çörək üçüz. Ona görə də kasıblar daha çox çörək alırlar.”
“Ürəyim balıq istədi”
Bir yaşlı qadın alıcı da deyir ki, bazara balıq almağa gəlib. Ancaq ala bilmir:
“Ərim də, mən də pensiya alırıq.Təzəlikcə pensiyalarımız artıb. Ürəyim balıq istədi. Baxıram bahadır. Balığın birinin çəksi heç bir kiloqram deyil, 5-6 manata satlır. Balıq bahadır. Belə olmaz. Bir tərəfdən qayığımıza qalıb pensiyalarımzı artırırlar, digər tərəfdən bunlar bahalıq salırlar. Bunun dərmanı da var.”
Balıq satıcısı isə ona etiraz edir. Deyir ki, balığı ovlayanlar bahalaşdırır...