Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:54

66 ölkə 2050-dək karbon qazı emissiyasını sıfra endirməyi vəd edir


BMT-nin baş katibi Antonio Guterres İqlim sammitində çıxış edir
BMT-nin baş katibi Antonio Guterres İqlim sammitində çıxış edir

Birləşmiş Millətlər Təşkilatı Nyu York şəhərində böyük iqlim sammitinə başlayıb.

Burada dünya liderləri karbon qazı emissiyalarının azaldılması sahəsində görülmüş və görüləcək işlər barədə hesabat verəcəklər.

Çıxış edənlərin arasında Fransa prezidenti Emmanuel Macron-un və Britaniyanın baş naziri Boris Johnson-un da olacağı gözlənilir.

Bir gün davam edəcək tədbiri açan BMT baş katibi Antonio Guterres deyib ki, 2050-ci ilədək dünyanın atmosferindəki karbonu sabitləşdirmək üçün indidən hərəkətə keçilməlidir:

"Yer tükürpədici bir səslə hayqırır: “Dayanın”. Əgər biz təcili qaydada həyat tərzimizi dəyişməsək həyatını özünü təhlükədə qoyacağıq”.

ABŞ prezidenti Donald Trump-ın bu yığıncaqda çıxışı gözlənilmirdi.

Lakin o BMT-nin sammitinə gəlib və nitqlərə qulaq asıb.

Gələn il keçiriləcək beynəlxalq iqlim danışıqlarından əvvəl 66 ölkə BMT-yə 2050-ci ilədək karbon qazı emissiyalarını sıfra endirəcəyini vəd edib.

2015-ci il Paris Razılaşamasına uyğun olaraq ölkələr qlobal temperaturu sənayeyəqədərki dövrdən iki dərəcə çox olaraq saxlamaq razılığına gəliblər. Bundan sonra bu rəqəmin 1, 5 dərəcə olmasına çalışalacaq.

Buna baxmayaraq alimlər bildirirlər ki, qlobal istiləşmənin əlamətləri və təsirləri sürətlənməkdədir.

Dünya Meteorologiya Təşkilatı bildirir ki, temperatur 1850-ci illərdən bəri 1, 1 dərəcə artıb və 2011 və 2015-ci illər arasında daha 0.2 dərəcə yüksəlib.

2015-2019-cu illər arasında istixana qazlarının atmosferə atılması əvvəlki 5 illə müqayisədə 20 faiz artıb.

XS
SM
MD
LG