Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

2 kubalı döyüşdü, medal Azərbaycana gəldi


Collazo Sotomayor (Azərbaycan - solda) və Yasnier Toledo Lopez (Kuba) yarışda.
Collazo Sotomayor (Azərbaycan - solda) və Yasnier Toledo Lopez (Kuba) yarışda.

Əslən Kubadan olan Azərbaycan boksçusu Rio-2016 Yay Olimpiya Oyunlarında yarımfinala çıxıb.

Maraqlı orasıdır ki, 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor 1/4 finalda həmyerlisi Yasnier Toledo ilə qarşılaşıb.

O rəqibinə 3:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb və bununla azı bürünc medalı təmin edib.

2009-cu ildə Kuba çempionu olan 31 yaşlı Sotomayor 2014-cü ildən Azərbaycanın şərəfini qoruyur.

Onu da qeyd edək ki, olimpiya yarışlarında hər çəki dərəcəsində hər bir ölkədən yalnız 1 idmançı çıxış edə bilər.

Reutersin məlumatına görə Sotomayor döyüşdən sonra KİV-lərə bir neçə kəlmə Azərbaycança danışıb.

Onun kubalı rəqibi Toledo isə həmyerlisinə uğurlar arzulayıb, yaxşı işlədiyini və həmin görüşdə qələbəyə layiq olduğunu bildirib.

Toledonun özü 4 il əvvəl olimpiyadada yüngül çəkidə bürünc medal qazanıb.

-

-

XS
SM
MD
LG