Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 01:48

Bolqarıstanda haker hücumunda şübhəli bilinən şəxs saxlanıb


Yavor Kolev ,Bolqarıstan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin kiberhücumlar üzrə departamentinin rəhbəri
Yavor Kolev ,Bolqarıstan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin kiberhücumlar üzrə departamentinin rəhbəri

Bolqarıstan hakimiyyəti ölkədə kütləvi haker hücumları törətməkdə şübhəli bilinən şəxsin yaxalandığını bildirir.

AzadlıqRadiosunda olan məlumata görə, bu barədə iyulun 17-də mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin kiberhücumlar üzrə departamentinin rəhbəri Yavor Kolev məlumat verib.

Qeyd edək ki, həmin hücumlar nəticəsində milyonlarla Bolqarıstan vətəndaşı və ölkədə yaşayan əcnəbi barədə şəxsi maliyyə informasiyaları sızdırılıb, bundan sonra-iyunun 15-də isə ölkənin Milli Vergi Agentliyi sistemi haker hücumuna məruz qalıb.

Yavor Kolev saxlanan 20 yaşlı şübhəlinin kibertəhlükəsizlik üzrə bir şirkətin əməkdaşı olduğunu deyir.

Amma Kolev həmin şəxsin kimliyi barədə məlumat verməyib.

Nazir həmçinin onun bolqarıstanlı qızla evil olan bir Rusiya vətəndaşı olması barədə kütləvi informasiya vasitələrinin yaydıqları məlumatları təkzib edib.

Bu ölkənin tarixində ən böyük haker hücumudur.

Ölkə rəsmiləri hesab edirdilər ki, bu Bolqarıstanın ABŞ-dan F-16 təyyarələri almasına razılıq verməsi ilə bağlı ola bilər.

Qeyd edək ki, Bolqarıstanın daxili işlər naziri Mladen Marinov iyulun 16-da həmin hücumun Rusiyanın internet saytı vasitəsi ilə edildiyini demişdi.

“Kİberhucümlar törədən mütəşəkkil cinayətkar qruplar, adətən gəlir əldə etməyə çalışırlar, amma indiki hal ola bilsin ki, siyasi motivlidir. Hökumət dünən F-16 qırıcı təyyarələri barədə qərar qəbul edib, baş nazir Goranovu istefaya çağıran elektron məktubsa Rusiyadan gəlib, burda belə bir fərziyyə ola bilər”, nazir deyib.

Faktla bağlı araşdırma gedir.

XS
SM
MD
LG