Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:04

Lukashenka ABŞ-la münasibətlərin ‘yeni fəslinə’ ümid edir


Belarus prezidenti Alyaksandr Lukashenka (solda) və ABŞ milli təhlükəsizlik müşaviri John Bolton avqustun 29-da Minskdə görüşüblər
Belarus prezidenti Alyaksandr Lukashenka (solda) və ABŞ milli təhlükəsizlik müşaviri John Bolton avqustun 29-da Minskdə görüşüblər

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, o ölkəsi ilə ABŞ arasında münasibətlərin “yeni fəslinin” açılacağına ümid edir.

Lukashenka bu bəyanatı avqustun 29-da ABŞ milli təhlükəsizlik müşaviri John Boltonla görüşü zamanı verib.

Bolton indiyədək Belarusa səfər etmiş ən yüksək vəzifəli amerikalıdır.

Bundan əvvəl John Bolton Moldovada olmuşdu.

Lukashenka Boltonla görüşdə deyib ki, o daim ABŞ-la yaxşı münasibətlər üçün çalışıb.

Belarus lideri deyib ki, o Boltonun səfəri ilə gələcək münasibətlərin bünövrəsinin qoyulacağına ümid edir.

Lukasenka habelə bildirib ki, o ABŞ-ls bütün problemlərin açıq və səmimi müzakirəsinə hazırdır.

Hazırda Belarus ABŞ sanksiyaları altındadır. Buna baxmayaraq ABŞ Belarus üzərindəki sanksiyaların dondurulması barədə qərar qəbul edib.

Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvdür.

Bundan başqa Belarus Rusiya ilə vahid ittifaq dövlətində birləşib.

Buna baxmayaraq 20 il bundan əvvəl imzalanmış ittifaq sazişi əsasən kağız üzərindəə qalıb.

Belarusa səfəri zamanı Bolton Minksdəki Yama (Çala) xatirə kompleksinə baş çəkib.

Burada 1942-ci ilin 2 martında şəhərin yəhudi icmasından 5 mindən artıq insan öldürülüb.

Bolton Minsk şəhərinə avqustun 29-da Moldovanın paytaxtıı Kişinyovdan uçub.

XS
SM
MD
LG