Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:07

Boltonun gedişi ilə neftin qiyməti düşüb


John Bolton
John Bolton

Bloomberg News sentyabrın 11-də prezident Donald Trump-ın İranla danışıqlara başlanması üçün Tehran üzərinə sanksiyaların yumşaldılması məsələsini müzakirə etdiyini xəbər verəndən sonra ABŞ neftinin qiyməti kəskin düşüb.

WTI markalı neftin proqnoz qiyməti 2, 9 faiz azalaraq bir barrel üçün 55.75 dollar olub.

Brent markasından olan neft 2, 28 faiz ucuzlaşaraq bir barrel üçün 60.96 dollara düşüb.

Məqalədə deyilir ki, Trump bu ayın sonlarında İran prezidenti Hassan Rohani ilə görüşün baş tutması məqsədilə sanksiyaların yüngülləşdirilməsi məsələsini nəzərdən keçirir.

ABŞ və İran arasında gərginlik iyun ayında neft tankerlərinə hücumun və Hörmüz üzərində ABŞ dronunun vurulmasından bəri artıb.

O vaxt İran tankerlərə hücumla heç bir əlaqəsinin olmadığını, dronun isə İranın hava məkanında vurulduğunu bildirsə də, Trump İran üzərinə sanksiyalar barədə fərman vermişdi.

İran və Omanın sərhədləri arasında yerləşən dar Hörmüz boğazından dəniz neft daşımalarının 30 faizi keçir.

Trump “İran üzərinə sanksiyaları azalda bilərmi” sualına “baxaq, görək nə olur” cavabını verib.

Trump deyib ki, o İranın razılaşma istədiyinə inanır.

Lakin CNBC yazır ki, İranın Ağ Evlə danışmağa razı olduğu hələlik bəlli deyil.

İyul ayında İranın neft naziri Bijan Zanganeh CNBC-yə demişdi ki, ABŞ sanksiyalarını tam qaldırmayanadək Tehran danışıqlara hazır ola bilməz.

Buna baxmayaraq ABŞ mənbələri Ağ Evin bu ay Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında Trump-ın İran prezidenti Rohani ilə danışıqlarına hazırlaşdığını bildiriblər.

Bloomberg bunu da xəbər verir ki, bu görüşdə Fransa prezidenti Emmanuel Macron Rohani ilə Trump-ın arasında əyləşə bilər.

Məqalədə bildirilir ki, Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri John Bolton sanskiyaların qaldırılmasının qəti əleyhinə idi.

Boltonun Ağ Evdən getməsi İran məsələsində sərt xətt-hərəkət tərəfdarlarından ən əhəmiyyətlisinin aradan qalxması deməkdir.

XS
SM
MD
LG