Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən Böyük Britaniyanın baş naziri Boris Johnson xəstəxanadan çıxıb.
Bu barədə baş nazirin nümayəndəsinə istinadla SkyNews məlumat yayıb. Verilən məlumata görə, Boris Johnson həkimlərin təkidindən sonra bir müddət işə çıxmayacağını bildirib.
Boris Johnson xəstəxanaya koronavirus kəskinləşməsi diaqnozu ilə aprelin 6-da aparılmış və elə həmin axşam “hər ehtimala qarşı” reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Bu günə qədər dünyada 1 milyon 784 min adamda koronavirusuna yoluxma aşkarlanıb. Onlardan 406 minə yaxın adam sağalıb, 110 min adam vəfat edib.