Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:29

Britaniyada buster dozalar vurulacaq


Britaniyada məktəblilər test verir
Britaniyada məktəblilər test verir

Nyu York şəhərində bir milyona yaxın şagird üçün ənənəvi təhsil başlanıb

Britaniyanın Baş naziri Boris Conson sentyabrın 14-dən əhalinin həssas qruplarına və yaşlılara COVID-19-a qarşı buster dozaların vurulacağını açıqlayacaq.

Hökumət artıq buster proqramı üzrə Vaksinasiya və İmmunizasiya Birgə Komitəsindən yekun tövsiyəni alıb. Baş nazir səhiyyə naziri Sacid Cavidlə birlikdə buster proqramının necə gerçəkləşəcəyini elan edəcək.

Hökumətin hədəfi

Komitə daha öncə aralıq tövsiyəsində yaşlılara və həssas qruplara önəm veriləcəyini, buster proqramının sentyabrda başlana biləcəyini açıqlamışdı.

Conson hökuməti gecə klublarına girişdə vaksin pasportu tələb etmək planlarından əl çəkib, özünün COVID-lə bağlı bəzi fövqəladə səlahiyyətlərinə son veriləcəyini bildirib. Lokdaunlar son vasitə kimi tətbiq olunacaq.

Əvəzində isə hökumət buster dozaları daxil olmaqla vaksinlərə və testlərə önəm verməklə payızda və qışda COVID-19-u nəzarətdə saxlamağa çalışacaq.

Conson sentyabrın 13-də deyib ki, payızda və qışda “virus təbii üstünlük qazanır” və hökumətin məqsədi “əldə etdiyimiz qazancları qorumaqdır”.

İtaliya, Nyu York

İtaliyada COVID-19 vaksinasiya proqramının ofisi isə bəyan edib ki, virusa məruz qalmaq, xəstəliyin ağırlaşması riski böyük olanlara üçüncü doza vaksin vurulacaq.

Sentyabrın 20-dən ilk olaraq immun sistemi zəiflərə buster dozalar vurulmalıdır. İtaliyada 12 yaşdan yuxarı əhalinin 74 faizə yaxınına tam peyvənd vurulub.

Nyu York şəhərində bir milyona yaxın şagird üçün ənənəvi təhsil başlanıb. Bu, koronavirus pandemiyası dövründə ABŞ-da birbaşa təhsilin ən böyük sınağı hesab olunur.

Sentyabrın 13-də 300 min işçi üçün məsafədən iş də başa çatıb. İşçilərin çoxu ya peyvənd vurdurmalı, ya da hər həftə COVID-19 testi verməlidirlər.

Nyu York həmçinin restoranlar, muzeylər, əyləncə mərkəzlərinin rəhbərləri və işçilərinin qapalı məkanlarda çalışması üçün vaksin tələbi qoyacaq.

Dərslər başlanır

Rumıniyada sentyabrın 13-də 3 milyona yaxın şagird məktəbə qayıdıb. Hakim orqanlar şagirdlərin məktəblərin daxilində maska taxmasını, sosial məsafə saxlamasını məcburi edib.

Pandemiya dövründə Rumıniya da digər ölkələr kimi əsasən onlayn tədrisə keçib. Bir ərazidə hər min sakinə yoluxma 6-nı keçərsə, dərslər yenidən onlayn formata qayıda bilər.

Son həftələr ölkədə gündəlik yoluxmalar kəskin artıb. Bir ay öncə gündəlik yoluxma 300 civarında idi, ötən həftə günə 2 min 500-ü keçib.

İtaliyada isə 4 milyonadək şagird üçün ənənəvi təhsil başlanıb. Hökumət məsafədən tədrisin təkrarlanmamasına çalışır. Ölkənin 20 regionundan 10-da sentyabrın 13-dən tədris ili başlayıb.

Bu aydan bütün müəllimlər və administrativ işçilərin Yaşıl Pasportu olmalıdır. Bu, vaksinin azı bir dozasını aldığını, son altı ayda COVID-19-dan sağaldığını, yaxud son 48 saat ərzində virus testinin mənfi çıxdığını göstərir.

XS
SM
MD
LG