Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:20

Britaniya bütün koronavirus qadağanlarını qaldıracaq


Boris Conson velosiped sürərkən
Boris Conson velosiped sürərkən

Baş nazir bildirib ki, iyulun 19-dan sonra bütün gecə klubları açılacaq və kafe-restoranlarda masa, teatrlarda isə tamaşaçı sayına qoyulmuş limit ləğv olunacaq

Britaniyanın baş naziri Boris Conson iyulun 5-də İngiltərədə COVID-19-a görə qoyulmuş bütün isqtisadi və sosial məhduddiyyət və qadağanların iki həfftədən sonra qaldırılacağını elan edib.

O bildirib ki, bu, həm də ölkədə vaksinasiya kampaniyasının geniş vüsət aldığı bir şəraitdə koronavirusun daha yoluxucu Delta variantının “özünü necə aparmasının sınağı” olacaq.

Conson bildirib ki, hökumət iyulun 19-dan etibarən koronavirusla bağlı bütün qadağanları qaldıracaq, amma bu barədə qəti və son qərar gələn həftə elan olunacaq.

Söhbət ilk növbədə nəqliyyat və qapalı yerlərdə maska taxılması, sosial məsafə saxlanması və evdən iş rejimi kimi təbirlərin ləğvindən gedir.

Reuters agentliyi yazır ki, müharibədən sonrakı dövrdə əhali üçün ən sərt məhdudiyyətlər qoyan hökumət vaksinasiya proqramının sürətlənməsi və xəstəxanalara pasient axının azalması kimi faktorlara ümid edir.

Restoran və teatrlarda say limiti qaldırılır

Baş nazir bildirib ki, iyulun 19-dan sonra bütün gecə klubları açılacaq və kafe-restoranlarda masa, teatrlarda isə tamaşaçı sayına qoyulmuş limit ləğv olunacaq.

Boris Conson bir çox ekspertlər tərəfindən tənqidlə qarşılanan çıxışında deyib:

"Biz gərək özümüzlə səmimi olaq. Əgər biz yaxın bir neçə həftədə, yay mövsümünün gəldiyi və məktəblərdə tətilin başlandığı bir vaxtda cəmiyyətimizi açmasaq, onda özümüzə sual verməliyik: bəs nə vaxt normal həyata qayıdacağıq”.

Conson deyib ki, hökumət bütün hüquqi məhdudiyyətləri qaldıracaq və adamların virusla necə davranmaq qərarını özlərinin verməsinə imkan yaradılacaq.

Xəbərdə vurğulanır ki, söhbət Şotlandiya, Uels və Şimali İrlandiyadan yox, məhz İngiltərədən gedir.

Şotlandiya hazırda yoluxma sayına görə Avropada birincidir.

Kim istəyirsə maska taxmaqda davam etsin

Britaniya koronavirus pandemiyasını ən ağır keçirən ölkələrdən biridir. Ölkə qlobal ölüm sayı cədvəlində 7-cidir. İngiltərədə indiyədək üç dəfə tam karantin elan olunub.

Hazırda yoluxmaların sayı sürətlə artmaqdadır. Ölkənin bəzi yerlərində yoluxmalar üç-beş dəfə artıb. Bəzi təxminlərə görə yoluxmalar iyulun sonunadək günə 50 minə qalxa bilər.

Lakin bununla yanaşı Britaniyada peyvəndləmənin templəri sürətlənib.

İndiyədək koronavirusa qarşı vaksinin bir dozası əhalinin 86 faizinə vurulub. Tam vaksin olunanlar əhalinin 64 faizini təşkil edirlər.

Conson deyib ki, yaşı 40-dan az olanlar birinci dozadan 8 həftə sonra ikinci doza üçün dəvət olunacaqlar. Bundan əvvəl iki doza arasında vaxt 12 həftə idi.

İngiltərə ictimai səhiyyə rəsmiləri vaksinlərin daha yoluxucu Delta variantına qarşı da effektli olduğunu bildirirlər.

Baş nazir bunu da bildirib ki, insanlar virusdan qorunmaqda indi tamamilə sərbəst olacaqlar və heç kəsə koronavirusa qarşı fərdi tədbirlərin görülməsi qadağan olunmayıb.

Başqa sözlərlə adamlar maska taxıb-taxmamaq, fiziki məsafə saxlayıb-saxlamamaq məsələsini özləri üçün özləri həll etməlidirlər.

XS
SM
MD
LG