Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:30

Londonda xəstəxanaya düşənlər 67 faiz artıb


Baş nazir Boris Conson yoluxmalarla bağlı son məlumatları öyrənir və Yeni il qabağı karantin məhdudiyyətlərini elan edib-etməmək barədə qərara gəlməlidir

Britaniyada koronavirusun Omikron ştammının yayılması ilə bağlı xəstəxanaya düşənlərin sayı təkcə paytaxt Londonda 67 faiz artıb.

Dekabrın 24-də başa çatan həftə ərzində ölkə boyunca hospitalizasiya 36 faiz artıb.

City A.M. qəzeti yazır ki, Omikrona görə hospitaslizasiya “raket sürətilə” artır.

Londonda bir həftə ərzində xəstəxanaya düşənlərin sayı 67 faiz artıb və bu, fevralın 23-dən bəri ən yüksək rəqəmdir.

Ölkənin şimal-qərbində və şərqində də hospitalizasiya 35-47 faiz arasında yüksəlib.

Yalnız cənub-qərb bölgələrində yoluxmalar azalmaqda davam edir.

Bundan əvvəl Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi Omikrona yoluxanların 50-70 faiz daha az xəstəxanaya düşmək ehtimalının olacağını təxmin etmişdi.

Baş nazir Boris Conson yoluxmalarla bağlı son məlumatları öyrənir və Yeni il qabağı karantin məhdudiyyətlərini elan edib-etməmək barədə qərara gəlməlidir.

Hakim Mühafizəkar partiyadan olan millət vəkilləri baş naziri yeni məhdudiyyətlər qoymaq fikrindən daşındırmaq məqsədilə hökumətin elmi müşavirlərini tənqid edirlər.

Hakim partiyada bir çoxları yeni karantının elan olunmasına qarşıdır.

Əksər ekspertlər Omikronun daha zəif simptomlar yaratdığına əmindirlər. Məsələn Cənubi Afrikada hospitalizasiya rəqəminin aşağı olması misal gətirilir.

Amma bu da nəzərə alınmalıdır ki, Britaniyanın əhalisi xeyli yaşlıdır.

Britaniyada orta yaş 40.5-dirsə, Cənubi Afrikada 27.6-dır.

London metrosunda
London metrosunda

Hər 20 londonludan 1-i koronavirusa yoluxub

Dekabrın 24-də Briyaniyada COVID-19-a daha bir yoluxma rekordu qeydə alınıb.

Ekspertlər bunu koronavirusun yeni variantı – Omikronun sürətlə yayılması ilə izah edirlər.

Omikron Cənubi Afrikada aşkar edildikdən iki-üç həftə sonra artıq Britaniyada dominant ştamma çevrilib.

Reuters yazır ki, Omikrona yoluxmalar xüsusilə son 7 gündə sıçrayışla artıb.

Ekspertlərin təxminlərinə görə artıq dekabrın 16-da hər 20 londonludan 1-i bu ştamma yoluxmuşdu.

Bu şənbə günü – dekabrın 25-də artıq hər 10 londonludan birinin yoluxmuş olacağı gözlənilir.

Bu da xəbər verilir ki, bir çox sənaye sahələrində və nəqliyyatda işçi çatışmazlığı böhranlı vəziyyət yaradıb.

Britaniya xəstəxanaları da reanimasiya otaqlarının və çarpayıların çatışmazlığı yarana biləcəyindən narahatdırlar.

Baş nazir “siyasi xal” toplayır

Reuters yazır ki, baş nazir Boris Conson bütün hallarda epidemioloji baxımdan bu Milad bayramında vəziyyətin keçənilki bayramla müqayisədə nəzərərçarpacaq dərəcədə yaxşı olduğunu deməklə xeyli siyasi kapital toplaya bilib.

O Milad bayramında, ondan əvvəlki və sonrakı günlərdə heç bir karantin məhdudiyyətinin tətbiq edilməyəcəyini bildirib.

Conson bununla yanaşı deyib ki, Omikronun təhlükəlilik dərəcəsi hələ tam müəyyən edilməyib.

Hökumət mənbələri dekabrın 24-də koronavirusa 122 min 186 yeni yoluxma qeydə alındığını bildirib.

Dekabrın 23-də bu rəqəm 119 min 789 idi.

Beləliklə dalbadal üçüncü gündür ki, Britaniyada COVID-19-a yoluxanların sayı günə 100 mindən yüksəkdir.

Türkiyə Covid-ə qarşı özünün peyvəndini buraxdı
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Kövrək balans

Omikrona dair son tədqiqatlar bu ştammın daha az hospitalizasiyaya səbəb olmasını müəyyənləşdirsə də, səhiyyə rəsmiləri ehtiyatlı tərpənməyi tövsiyə edirlər.

Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin rəhbəri Ceni Haris deyib ki, Omikronun zəifliyi Milad ərəfəsində “ümid qığılcımı” olsa da, hələlik təhlükə dərəcəsinin azaldılması üçün çox erkəndir.

Xanım Haris deyib ki, indi başlıca vəzifə Omikronun daha yüngül xəstəlik yaratması ilə onun daha böyük yoluxuculuğa malik olması arasındakı balansı nəzarətdə saxlamaqdır.

Hökumət dekabrın 24-də yoluxmanın 28 günü ərzində 137 COVID ölümünün qeydə alındığını bildirib.

Bu, bir gün əvvəl qeydə alınmış 147 ölümdən azdır. Beləliklə bütün Britaniya üzrə pandemiyanın əvvəlindən bəri 147 min 857 nəfər koronavirusa yoluxmadan vəfat ediib.

Bu, bütün Avropada ən yüksək göstəricidir.

Dövlət Statistika idarəsi bildirir ki, İngiltərədə hər 35 nəfərdən biri COVID-19-a yoluxub.

Bu, 1.54 milyon nəfər deməkdir.

Dekabrın 26-da yoluxanların hər 25 nəfərdən 1-ə çatacağı gözlənilir.

Belə olarsa, aktiv xəstə sayı 2 milyona yüksələcək.

XS
SM
MD
LG