Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:49

Britaniya İranın hərbi peyk buraxmasından narahatdır


İranın kosmik raketi Səmnan yaxınlığından havaya qalxıb
İranın kosmik raketi Səmnan yaxınlığından havaya qalxıb

Britaniya bildirib ki, İranın kosmosa hərbi təyinatlı peyk buraxması ciddi narahatlıq doğurur və BMT qətnaməsinin pozulması deməkdir.

Britaniya Xarici İşlər Nazirliyinin 24 aprel tarixli bəyanatında deyilir:

"İranın ballistik raket texnologiyasından istifadə etməklə kosmik fəazaya peyk buraxması əhəmiyyətli narahatlıq doğurur və BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsi ilə ziddiyyət təşkil edir”.

Aylarla davam edən bir neçə uğursuz startdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) aprelin 22-də orbitə hərbi peyk buraxdığına dair xəbər yayıb.

İİKK-nin rəsmi internet saytında bildirilir ki, peyk Yer səthindən 425 kilometr yüksəklikdə orbitə çıxarılıb.

İran iddianı rədd edir

Britaniya XİN xatırladıb ki, BMT qətnaməsi İrana nüvə başlığı daşıya bilən raketləri qadağan edib:

London Tehranı BMT qadağanına riayət etməyə çağırıb.

Bəyanatda deyilir ki, İranın ballistik raket proqramı regional təhlükəsizliyə hədə yaradır.

Aprelin 22-də ABŞ dövlət katibi Mike Pompeo demişdi ki, “İran bu hərəkətinə görə məsuliyyət daşımalıdır”.

İran indiyədək dəfələrlə israr edib ki, onun nüvə və raket proqramları nüvə silahının yaradılması məqsədi güdmür.

İran xarici işlər naziri Mohammad Javad Zarif Aprelin 24-də yazdığı tvitdə bildirir ki, İranın raketləri nüvə başlığı daşımaq üçün nəzərdə tutulmayıb və buna görə də 2231 nömrəli qətnamə onlara şamil edilə bilməz.

XS
SM
MD
LG