Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:37

Britaniya jurnalı Rusiya vaksinin effektli olduğunu yazıb


Sputnik V vaksini
Sputnik V vaksini

Rusiya alimləri bildirirlər ki, Britaniyanın tibb jurnalında dərc edilmiş ilkin tədqiqat nəticələri Rusiyada istehsal olunan COVID-19 vaksinin effektli olmasını göstərir.

Tədqiqatçılar deyirlər ki, ötən ilin payızında Rusiyada 20 min nəfərin iştirakı ilə aparılmış sınaqlar Sputnik V vaksinin 91 faiz effektli olduğunu üzə çıxarıb.

Tədqiqatın nəticələri fevralın 2-də The Lancet jurnalında dərc edilib.

Bu tədqiqatla əlaqəsi olmayan alimlər deyirlər ki, Rusiya vaksini hazırlanma və istifadəyə verilməsinin sürətinə görə şübhə doğurub.

Bu vaksin “hazırlanmasının lüzumsuz tələskinliyinə, başdasovduluğuna və şəffaflığın olmamasına” görə tənqid edilib.

“Daha bir vaksin mübarizəyə qoşulur”

Lakin Britaniya alimləri Counz və Poli Roy tədqiqatın yekunlarına yazdıqları şərhdə qeyd edirlər ki, “nəticələr aydındır”.

Onlar yazırlar ki, “daha bir vaksin COVID-19 virusuna qarşı mübarizəyə qoşula bilər”.

Sputnik V adlı vaksin Rusiya hökuməti tərəfindən avqustun 11-də təntənəli şəkildə təsdiq edilib.

O vaxt bu vaksin yalnız bir neçə adamın iştirakı ilə sınaqdan çıxarılmışdı.

Erkən sınaq nəticələri sentyabr ayında dərc olunmuşdu. Lakin peyvənd olunan sınaq qrupunun müşahidəsi cəmi 42 gün davam etmişdi və burada müqayisə qrupu yox idi.

Sputnik V vaksinin maliyyələşdirilməsinə dəstək vermiş Rusiya Birbaşa İnvestisiyalar Fondu ötən ay bildirmişdi ki, indiyədək 1 milyonadək rusiyalı bu vaksinlə peyvənd edilib.

Lakin Rusiya mediası peyvəndləmənin elan edildiyindən daha az sürətlə aparıldığını qeyd edir.

Avropa və ABŞ-da vaksin çətinlikləri yaşanır

Fond bildirir ki, Sputnik V vaksini Rusiyadan xaricdə onlarca ölkədə istifadə üçün rəsmi qeydiyyatdan keçib.

Bu əsnada Avropa İttifaqı özünün 450 milyonluq əhalisini vaksinlə təmin etmək üçün səylər göstərir.

Bu onunla əlaqədardır ki, AstraZeneca və Pfizer şirkətləri istehsalı azaldıb, ABŞ-da vaksin istehsalı isə preparatın ifrat aşağı temperaturda saxlanması imkanlarının məhdudluğuna görə ləngiyir.

Macarıstan Avropa İttifaqında Sputnik V vaksinini rəsmi qeydiyyatdan keçirən ilk ölkə olub.

Ölkənin xarici işlər naziri Peter Sijjarto Facebook-da yazıb ki, fevralın 2-də Macarıstana 40 min doza Sputnik V vaksini gətirilib.

Bu da qeyd olunur ki, vaksin hələki Macarıstan Milli Səhiyyə Mərkəzinin son təsdiqindən keçməyib.

XS
SM
MD
LG