Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:09

Müsəlmanlar qorxuya düşüblər...


Brüssel məscidi
Brüssel məscidi

►Belçikada yaşayan müsəlmanlar artmaqda olan antiislam ovqatından qorxurlar

Noyabrda Parisdə baş vermiş terror hücumlarından sonra Belçika müsəlmanları üçün çətin dövr başlandı. Polis izin Brüsselə gedib çıxdığını bildirdi. Brüsseldə şübhəli şəxslərin axtarışı, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, evlərdə keçirilən reydlər ara vermədi.

Çərşənbə axşamı ölkədə ən dəhşətli terror hadisəsinin baş verməsindən sonra Belçikada yaşayan müsəlmanlar daha çox şübhə və təzyiqlə üzləşəcəklərindən qorxurlar.

Antverpendə yaşayan Mərakeş əsilli vəkil Nabil Riffi deyir ki, Antverpen və Gent kimi flamand şəhərlərində keçirilmiş antimüsəlman aksiyaları həcmcə kiçik olsa da onların böyüməsi və daha da zorakı xarakter daşımağa başlaması istisna olunmur.

O deyib ki, Flamandiyada "Pegida"nın yürüşlərinin zorakı hal alması ehtimalı reladır.

Brüsselin Zaventem hava limanında bomba partlayışını törətməkdə şübhəli bilinən üçüncü şəxsin axtarışı Brüsselin müsəlmanların sıx yaşadığı Schaerbeek məhəlləsində aparılır.

Çərşənbə axşamı keçirilmiş reydlərin birində müstəntiqlər içərisində mismarlar olan partlayıcı qurğu aşkar ediblər. Bu qurğu hava limanındakı partlayışların azı birində istifadə olunmuş bombaya oxşardır. Belçika mediası prokurorlara istinadən yazıb ki, polis həmçinin "İslam Dövləti"nin qara bayrağını da aşkar edib.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Noyabrın 13-də Parisdə törədilmiş hücumlarda şübhəli bilinənlərin bir qismi Belçikada yaşayır. 27 yaşlı Belçika vətəndaşı Abdelhamid Abaaoud, cümə günü Brüsseldə keçirilən reydlər zamanı həbs olunub.

Belçika Avropada faiz etibarilə ən böyük müsəlman icması olan ölkələrdəndir. 11 milyon belçikalının 6%-i müsəlmandır. Belçika həmçinin "İslam Dövləti"nə qoşulmuş döyüşçülərin sayına görə də birinci yerdədi. Belçika kəşfiyyatının hesablamalarına görə, 500-dən çox Belçika vətəndaşı bu ekstremist qrupa qoşulmaq üçün Suriya və İraqa gedib.

Belçikanın müsəlman icmasının liderləri baş vermiş terror hücumunu pisləyir. Onlar deyirlər ki, terrorçuların məqsədi sosial parçalanma və müsəlmanlara qarşı mənfi reaksiya yaratmaqdır ki, bu da onlara daha çox radikallaşmış döyüşçülər səfərbər etmək imkanı verəcək.

Çərşənbə axşamı #stopIslam (İslamı dayandırın) həştəqi Twitterdə əsas trend olub.

"Mən ümid edirəm insanlar anlayacaq ki, bunun əsl İslamla əlaqəsi yoxdur və müsəlmanların 99%-i özlərini baş verənlərlə əlaqələndirmirlər," deyə vəkil Riffi bildirib.

"Müsəlmanlar həm də belçikalıdırlar. Onlar da həqiqətən də şoka düşüblər və son dərəcə üzgündürlər. Mən ümid edirəm, insanlar bunu anlayacaq və bununla heç bir əlaqəsi olmayan, bunu dəstəkləməyən və baş verənlərin arxasında durmayan insanlara qarşı sərt mövqedə olmayacaq," - deyə o vurğulayıb.

Brüsseldə partlayışlar (Fotolar)

XS
SM
MD
LG