Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:43

'Bu, faktiki, əxlaq polisinin yaradılması deməkdir'


Sevgili cütlük
Sevgili cütlük

«Azərbaycan qanunvericiliyində ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallar nəzərdə tutulmayıb. Ona görə, elə hallarla mübarizənin necə aparılması aydın deyil».

Bunu AzadlıqRadiosuna hüquqşünas Samirə Ağayeva sentyabrın 2-si Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyevin bəzi açıqlamaları ilə bağlı söyləyib. Həmin açıqlamada söhbət BŞBPİ rəhbərliyinin təsdiq etdiyi Tədbirlər Planından gedirdi.

Hüquqşünas vurğulayıb ki, bu, faktiki olaraq, bəzi ölkələrdə fəaliyyət göstərən əxlaq polisinin yaradılması deməkdir.

O, həmçinin deyib ki, qeyd edilmiş «əxlaq» meyarları barədə ictimaiyyətə açıqlama verilməlidir: «Həmin əxlaq normalarına nə daxil olduğu və onların pozulmasının hansı meyarlarla müəyyən ediləcəyi bilinmir. Bu, qısa paltar olacaq, yoxsa oğlanla qızın əl-ələ tutması?..».

Xatırlatma

Sentyabrın 2-də BŞBPİ mətbuat xidmətinin rəisi E.Hacıyevin deməsinə görə, paytaxt sakinlərindən gələn müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, bəzi əyləncə-istirahət yerlərində, gecə klublarında, barlarda, otellərdə və mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var.

Bu barədə «Turan» agentliyinin xəbərində bildirilir.

Xəbərə görə, o habelə deyib ki, əsasən Səbail rayonu ərazisində yerləşən «Fəvvarələr meydanı» və Nizami küçəsində, habelə Nəsimi rayonu S.Vurğun, Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair fasiləsiz fəaliyyət göstərən naryad yaradılıb.

XS
SM
MD
LG