Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:17

Ekspert: Bu karantin yox, ‘kommendant saatıdır’ (VIDEO)


Karantin qaydaları ilə hökumət hansı qanunları pozur
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Karantin qaydaları ilə hökumət hansı qanunları pozur

Azərbaycan qanunları vətəndaşa karantinə görə evdən çıxmağı qadağan etməyə imkan verirmi?

İctimai fəal, hüquqşünas Ələsgər Məmmədli deyir ki, karantin zamanı - bayıra çıxmağa qadağa qoymağın hüquqi əsası yoxdur.

“Konstitusiyanın 71-ci maddəsi insanların hüquq və azadlıqlarının təminatı adlanır və burda çox aydın şəkildə hakimiyyətin hər üç qanadına -qanunvericilik, məhkəmə və icra hakimiyyətinə insan hüquq və azadlıqlarının Konstitusiyada göstəriləndən artıq məhdudlaşdırmağa yol vermir. Bu baxımdan Nazirləri Kabinetinin qanunda açıq göstərilmədiyi halda və qanuni çərçivəsi aydın olmayan məhdudiyyətlər tətbiq etməsi Konstitusiyanın 71-ci maddəsi baxımından yolverilməzdir”.

İyunun 14-ü gecə yarısından etibarən, iyunun 16-ı səhər saat 6-a qədər Azərbaycanın 9 şəhər və rayonunda növbəti sərtləşdirilmiş karantin başlayır və vətəndaşların evdən bayıra çıxması məhdudlaşdırılır.

Ötən həftəsonu buna bənzər qadağa qoyulmuşdu, lakin Bakının Yasamal rayonunda bu qaydanı sakinlərlə polis arasında qarşıdurma yaranmış, polis zor tətbiq etmişdi.

""Evdən çıxmayın" qadağasının hüquqi əsası yoxdur"
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Qanun Konstitusiyadan üstündürmü?

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü, hakimiyyətyönümlü deputat Zahid Oruc bildirir ki, Nazirlər Kabinetinin, karantin dönəmində evdən çıxmağı 1992-ci ildə qəbul olunmuş “Sanitar-Epidemioloji salamatlıq haqqında” qanuna istinadla verir.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, bu qanun hazırda qüvvədə olan Konstitusiyadan daha əvvəl, 1992-ci ildə qəbul olunub və bu qanundakı Konstitusiyaya zidd normalar tətbiq olunmamalıdır.

Zahid Oruc isə deyir ki, hələlik, mövcud qanun karantin qaydaları üçün kifayət edir:

“1992-ci ildə salamatlıqla bağlı həmin qanunda müddəalar var və hələ ki, hüquq sistemində budur. Bundan sonra məlum məhdudlaşdırma normaları inzibati qanunvericiliklə də, cinayət qanunvericiliyi ilə də müşayət olundu. Məhz onun əsasında polis 120 mindən çox inzibati cərimələnmə həyata keçirdi. Biz çox arzu edirik ki, Milli Məclisdə karantinlə bağlı qanunvericilik hazırlansın. Bu, Milli Məclisin qarşısında dayanan ən mühüm vəzifələrdən biridir. Mənim rəhbərlik etdiyim İnsan Haqları Komitəsi bu yöndə ilkin hazırlıqlara baş vurub”.

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, hazırda tətbiq olunan evdən çıxma qadağaları faktiki kommendant saatıdır:

“Kommendant saatı saatla evdən çıxmağı nəzərdə tutur. Kommendant saatının tətbiqi yalnız fövqəladə vəziyyət rejimi hüquqi baxımdan elan olunduqda və parlamentdə təsdiq olunduqdan sonra mümkündür. Bu, fövqəladə vəziyyət haqqında qanun çərçivəsində mümkün ola bilər. Karantin vəziyyəti isə bəlli yerlərdə xəstəliyi lokalizə etmək üçün görülən tədbirlərdir”.

Almaniyalı deputat:"Polisin Yasamal davranışı xüsusi AŞPA hesabatına salına bilər"
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Məhdudlaşdırmalar davam edir, yardım dayanıb

Prezident İlham Əliyev əvvəllər fövqəladə vəziyyətin elan oluna biləcəyini desə də, bunu etməyib.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunla, fövqəladə vəziyyət elan olunsa, dövlət, həm də üzərində hərəkətini məhdudlaşdırdığı vətəndaşları maddi cəhətdən təmin etməlidir.

Onun sözlərinə görə, hökumət mart və aprel aylarında sərt karantinə görə işsiz qalan vətəndaşlara ayda 190 manat verirdi, bu aydan tam məhdudlaşdırılma dayanıb, həftəsonu karantini tətbiq olunur və maddi kompensasiya ödənilmir.

Azərbaycanda koronavirus epidemiyasına görə, martın 24-dən karantin elan olunub, ayrı-ayrı dövrlərdə müxtəlif formalarda hərəkət məhdudiyyəti tətbiq olunur.

XS
SM
MD
LG