Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Büdcədə yarışlara 317 milyon ayrılıb, amma... [video]


Heydər Əliyev mərkəzinin xərcləri 146 faiz artırıldı
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Heydər Əliyev mərkəzinin xərcləri 146 faiz artırıldı

Gələn il metroda gediş haqları arta bilər, daha az tələbə dövlət hesabına təhsil ala bilər, dövlətin təhsilə, səhiyyəyə ayırdığı pul azalacaq...

Müstəqil iqtisadçıların 2017-ci ilin dövlət büdcəsi layihəsindən çıxardıqları rəy belədir.

Gələn ilin büdcəsində neftin bareli 40 dollardan götürülüb. Yəni, 2014-cü ildəkindən iki dəfə az. Bu da o deməkdir ki, neftdən asılı olan büdcənin gəlirləri azı iki dəfə azalır. Bəs, gələn ilin büdcəsində hansı xərclər azalıb?

Buna da bax:​ Büdcədən metroya yardım azaldılır

Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinə müsbət rəy verib.

Həmin rəyi incələyəndə məlum olur ki, gələn ilin büdcəsində az qala bütün idarə, agentlik, komitə, komissiya və digər dövlət qurumlarının xərcləri artırılıb. Prezident Administrasiyası 25,5 %, Milli Məclis 13 %, Nazirlər Kabineti 12 faiz... Nazirliklərdən ancaq xarici işlər və vergilər nazirliklərinin xərcləri 2016-cı illə müqayisədə azaldılıb, qalanları artırılıb.

KİNOYA XƏRCLƏR 82 FAİZ AZALIB, HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN XƏRCLƏRİ 146 FAİZ ARTIRILIB...

Amma ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlərə xərclər 13 faiz azaldılıb. "Bakı Metropoliteni”nə ayrılan subsidiya da 22 faiz azalıb. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının maliyyə təminatı ilə bağlı xərclər hardasa 82 faiz azaldılıb, amma Heydər Əliyev Mərkəzinin xərcləri 146 faiz artırılıb.

Buna da bax: Hesablama Palatası: Qarşıdakı 4 ildə büdcə gəlirləri ilbəil azalcaq

Birbaşa insanların həyatına adiyyatı olan xərclərin azaldılıb, dövlət qurumlarına xərclərin artırılmasına həqiqətən də zərurət varıydımı?

İSLAM OYUNLARI VƏ FORMULA 1 ÜÇÜN 317 MİLYON

İqtisadçı Natiq Cəfərli bildirir ki, büdcədə əslində kəsilməsi mümkün olan xərclərin əksinə artırılması anlaşılan deyil:

"İslam oyunları və "Formula 1" yarışlarına 317 milyon manat vəsait xərclənməsi gözlənilir. Bu da anlaşılan deyil. İndiki sosial-iqtisadi durumun ağır bir dönəmində sosial müdafiəni gücləndirməyə yönəlik addımlar atmaq əvəzinə çox təəssüf ki, hökumət belə israfçılıq edir. Eləcə də dövlət və hökumət aparatının güclənməsini üstün tutur".

Hesablama Palatası bildirib ki, 2017-ci il dövlət büdcəsi "Büdcə sistemi haqqında” qanununun tələblərinə uyğun hazırlanıb. İlin sonuna kimi parlament büdcə layihəsini müzakirə edib təsdiqləməlidir.

Buna da bax:​ Büdcə-2017: Sosial xərclərdən kəsilib, tikintiyə artırılıb... [video]

"MƏQSƏD HAKİMİYYƏTƏ LOYALLIĞI AYAQDA TUTMAQDIR"

Dünya Bankı neftin 1 barelinin qiymətini gələn il üçün 55 dollar, Beynəlxalq Valyuta Fondu isə 41 dollar proqnozlaşdırır. Neft gəlirlərinin azalmasına görə iqtisadiyyatı neftdən asılı olan ölkələrin bir çoxu xərclərini azaltmalı olub. Bəs, Azərbaycan hansı xərclərini azaldır, hansıları artırır. 2017-ci ilin dövlət büdcəsi layihəsində xərclər nə dərəcədə ədalətli bölüşdürülüb. İqtisadçı Natiq Cəfərli ali dövlət qurumlarında xərclərin artırılmasını iki səbəblə izah edir:

"Birincisi, yanvarın 1-dən etibarən büdcədən maliyyələşən dövlət qurumlarında çalışanların maaşlarında inflyasiyaya uyğun indeksləşmə aparılacaq. Yəni, hardasa 12 faizlik artım gözlənilir. İkinci və daha önəmli səbəb siyasidir. Loyallıq. İdarəetmə və nəzarət aparatı hökumətin özünə və hakimiyyətə loyallıq nümayiş etdirmək üçün əlavə xərclər tələb edir. Düşünürəm ki, bu əlavə xərclər loyallığın ayaqda tutulmasına hesablanıb. Ona görə də hökumət harada kəsmək mümkündür xərcləri azaldıb. Təəssüf ki, yük yenə də sıravi vətəndaşın üzərinə düşüb. Harada kı kəsinti aparmaq daha məqbul olardı, hökumət həmin sahələrdə xərcləri azaltmaqdan çəkinib".

Buna da bax:​ 'Avropadakı qiymətlərdən danışırlar, maaşlardan yox'

Bu, ədalətlidirmi, gələn ilin dövlət büdcəsində sosial xərclər azaldılır, amma dövlət aparatının saxlanması üçün xərclər artırılır. Bu sualı Bakı sakinlərinə vermişik.

'Müftəyeyən çoxdu ölkədə'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Bir çox müstəqil iqtisadçılar 2017-ci ilə iş yerlərinin ixtisara salınacağını, təqaüd və əməkhaqlarında ciddi artım olmayacağını, bahalıq olacağını proqnozlaşdırırlar. Hesablama palatası bildirir ki, qarşıdakı 4 ildə büdcə gəlirləri hər il azalacaq.

XS
SM
MD
LG