Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:50

BVF Ukraynaya kreditin 700 milyon dollarlıq tranşını təsdiq edib


Prezident Volodimir Zelenski BVF missiyası ilə danışqılarda
Prezident Volodimir Zelenski BVF missiyası ilə danışqılarda

BVF ötən il Ukraynaya pandemiya ilə bağlı 18 aylıq kredit ayırmışdı. Kiyev 2.1 milyard dollarlıq birinci tranşı ötən iyun ayında alıb

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya kreditin ikinci, 700 milyon dollarlıq tranşını təsdiq edib.

Bundan məqsəd prezident Volodimir Zelenskinin hökumətinə islahatlar üçün fond tərəfindən qoyulmuş müddətdə dəstək verməkdir.

Vaşinqtonda mənzillənmiş təşkilat noyabrın 22-də bildirib ki, BVF tərəfindən dəstəklənən iqtisadi proqram Kiyevə COVID-19 pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılmasında və mühüm struktur islahatlarının həyata keçirilməsində kömək etməlidir.

Sentyabr ayında Ukraynanın baş naziri Denis Şmıhal demişdi ki, Kiyev ilin sonunadək BVF-dən 5 milyard dollarlıq kreditin ikinci tranşını gözləyir.

BVF-in sentyabr ayında Kiyevə göndərdiyi missiya onun ədliyyə, mərkəzi bank, antikorrupsiya qanunvericiliyi və başqa mühüm sahələrdə islahatları həyata keçirməsinin vəziyyətini yoxlamalı idi.

BVF ötən il Ukraynaya pandemiya ilə bağlı 18 aylıq kredit ayırmışdı. Kiyev 2.1 milyard dollarlıq birinci tranşı ötən iyun ayında alıb.

Dərin korrupsiya içində

BVF-in son qərarı Zelenski hökuməti üçün yaxşı xəbərdir. Hökumət hazırda artan yoluxmalar, Rusiyanın hərbi-siyasi təzyiqi bə yüksək inflayasiya ilə çarpışmadadır.

Zelenski Twitter-də yazdığı postda maliyyə təşkilatına minnətdarlığını bildirib:

"Biz bu vəsaiti maliyyə sistemimizi dəstəkləmək və COVID-19-un nəticələrini aradan qaldırmaq üçün xərcləyəcəyik”.

Ukrayna parlamenti iyul ayında Qərb dəstəkçilərinin prioritet hesab etdikləri sahələr üzrə qanunun aliliyini təmin etmək üçün ədliyyə islahatları barədə qanunu qəbul edib.

Vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, islahatların həyata keçirilməsi üçün xarici ekspertlərə ehtiyac var, çünki ölkənin ədliyyə sistemi dərin korrupsiya içindədir.

Beynəlxalq biznes partnyorları bildirirlər ki, Ukraynanın korrupsiyalı ədliyyə sistemi xarici investisiyalar üçün ən böyük maneədir.

XS
SM
MD
LG