Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:54

Bələdiyyələr SOCAR-ın torpağını vətəndaşa necə və niyə satıb?


Dudelange - Qarabağ oyunundan sonra nələr baş verib?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Dudelange - Qarabağ oyunundan sonra nələr baş verib?

Vətəndaş ev tikərkən Dövlət Neft Şirkəti – SOCAR-ın mühafizə ərazisində torpağı necə əldə edir?

Hüquqşünas İradə Cavadova deyir ki, o özü bu məsələdə onlarla şəxsin hüquqlarını müdafiə edib.

Onun sözlərinə görə bələdiyyələr torpağı vətəndaşa satır, sonra da vətəndaş bu torpaqda hər hansı tikinti aparmaq istəyərkən, SOCAR-ın mühafizəçiləri buna imkan vermir. Bu da qarşıdurma ilə nəticələnir.

Elə sentyabrın sonlarında bir qrup şəxslə, SOCAR-ın mühafizəçiləri arasında oxşar hadisə təkrarlanıb.

Binəqədi rayonu ərazisində ev tikmək istəyən Sərxan Musayev Meydan TV-yə deyib ki, o bələdiyyədən aldığı torpaqda ev tikmək istəyib. Amma SOCAR-ın mühafizəçilərə buna imkan verməyib. Bu zaman qarşıdurma yaranıb:

“SOCAR deyir ki, bura mənim ərazimdir. Mən də sual edirəm ki, bura onun ərazisidirsə, bu qədər evlər necə tikilib? SOCAR-ın da əməkdaşları bildirdilər ki, 10 min ver sən də tik, onların pulu var tikib. Mən də bildirirəm ki, onların pulu var, mən əlil adamam. Bu zaman onlar da bildirdi ki, mənim üçün döyüşüb əlil olmusan? Bizi itələyib, buradan çıxaranda qarşıdurma yarandı”.

Sərxan Musayev deyir ki, bu torpağı 2005-ci ildə bələdiyyədən alıb. İddia edir ki, həmin ərazidə çoxsaylı başqa tikililər var, amma pul vermədiyi üçün yalnız ona ev tikməyə imkan verilmir.

Amma SOCAR özünün rəsmi Facebook hesabında ev tikmək istəyənlərdən pul tələb olunmasına toxunmasa da, əlillərin döyülməsi barədə məlumatları inkar edir. Şirkət Sərxan Musayevin 2017-ci ildə Suraxanı, 2019-cu ildə Biləcəri ərazisində ev tikmək istədiyini göstərən videolar paylaşılıb. Həmin statusda sual olunur:

“Bu şəxs doğrudanmı evsizdir? Yoxsa, bəlkə o gah Suraxanıda, gah da Biləcəridə torpaq zəbt edib, qanunsuz evlər satmaqla məşğul olan işbazlardandır?”.

SOCAR öz ərazilərində qanunsuz tikililər aparıldığını, vətəndaş isə bələdiyyədən aldığı torpaqda tikinti apara bilmədiyini iddia edir. Bəs, bu problem necə həll oluna bilər?

SOCAR-ın mühafizə ərazisi olduğunu iddia etdiyi torpaqlar necə olub ki, vətəndaşa satılıb? Bu suallara Binəqədi qəsəbə bələdiyyəsindən cavab olmaq mümkün olmadı.

SOCAR öz ərazilərini əvvəllər niyə qorumayıb?

Hüquqşünas İradə Cavadova isə bu məsələnin başqa müstəviyə yönəlməsindən təəssüflənir.

Vəkil deyir ki, bələdiyyə torpaq satırsa, bir nəfər bir yox, bir neçə yerdə torpaq alıb, tikinti apara bilər. Onun fikrincə, burada əsas diqqət yetirilməli məsələ odur ki, bu ərazilər SOCAR-a məxsusdursa, digər evlər necə tikilib? Bu tikintiyə kimlər və hansı əsasla icazə veriblər? Yox əgər bir nəfərə icazə verib, digərinə icazə verilmirsə, bu da əsaslandırılmalıdır.

İradə Cavadova
İradə Cavadova

Onun sözlərinə görə, bu məsələdə qanun bütün hallarda vətəndaşın xeyrinədir. Onun sözlərinə görə, hansısa dövlət qurumunun hərəkətsizliyinə vətəndaş cavabdeh olmalı deyil:

“10-15 il öncə SOCAR öz ərazilərini niyə qorumayıb? Niyə bələdiyyələr bunu vətəndaşa satıb. Niyə bəzi vətəndaşlara SOCAR tikinti aparmağa icazə verə bilir, amma bəzilərinə yox? Bu tikintilər qanunsuzdursa, niyə bəzi hallarda bu qanunsuzluğa göz yumur? Bizim işlərdən birində bir vətəndaşa məxsus torpağın sağ və sol tərəflərində tikintilər var, böyük villalar tikilib. Amma bu adama dam örtüyünün yenilənməsinə icazə verilmir. Bu da münaqişəyə səbəb olmuşdu”.

İradə Cavadova deyir ki, qanunsuz tikililərə elə məsul dövlət qurumlarının özü göz yumur. Yekunda bunun da zərərini vətədaş çəkir.

İradə Cavadovanın qaldırığı suallara SOCAR-dan cavab almaq cəhdlərimiz alınmadı.

Amma parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, ordakı tikilillərin çoxu 10-15 il öncəyə aiddir. Onun sözlərinə görə, SOCAR yeni tikililərin qabağını almağa çalışır. Bəzi ərazilərdə isə tikililərin sökülməsi ilə bağlı məhkəmədə iddialar qaldırır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycanda icazəsiz ev tikməyə şərait yaradanlar kimlərdi?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Prezident İlham Əliyev qanunsuz tikililər probleminin həllinin vacibliyini vurğulayıb. O ötən illərdə bununla bağlı bir neçə fərman və sərəncamlar imzalyıb. Qanunsuz tikililərin qarşısının alınması, qanunsuz tikili problemini həll etmək üçün siyahıya alınmanın aparılması və sair.

Prezident 2018-ci ildə hökumətin iclasında isə bildirmişdi ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları ciddi cəzalandırılacaqlar.

Amma İradə Cavadova deyir ki, hələki bu sahədə bir dəyişiklik yoxdur.

2018-ci ildə Dövlət Əmlak Komitəsi Azərbaycanda 500 min qanunsuz tikili aşkar edildiyini açıqlayıb. Komitənin məlumatına görə, bu tikililərin 300 mini Bakıdadır.

XS
SM
MD
LG