Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:21

Türkiyə İraqda kürdlərə qarşı əməliyyata başlayacağını deyir


Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu

Reuters agentliyi Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğluna istinadən bildirir ki, Ankara və Bağdad İraqın şimalındakı kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat aparacaqlar.

Çavuşoğlunun bu bəyanatı Türkiyə qoşunlarının Suriyanın şimalındakı Afrin bölgəsində yerli kürd qüvvələrinə qarşı hücum əməliyyatını davam etdirdikləri vaxta təsadüf edib.

Martın 8-də Almaniyaya səfəri əsnasında müxbirlərin suallarına cavab verən Çavuşoğlu deyib ki, yanvarın 20-dən başlanan Afrin əməliyyatı may ayınadək başa çatdırılacaq.

Çavuşoğlu deyib ki, İraq sərhədinin üzərindən kürdlərə qarşı əməliyyata gəlincə isə buna 2018-ci ilin mayında, İraq parlamentinə seçkilərdən sonra başlanacaq.

Türkiyə dövlətinə qarşı onilliklərdir mübarizə aparan Kürdüstan İşçi Partiyası – PKK-nın İraqın Qəndil dağlarında düşərgələri var. PKK bu düşərgələrdən vaxtaşırı Türkiyə ərzisinə basqınlar həyata keçirir.

PKK Türkiyə, Avropa İttifaqı və ABŞ-da terrorçu təşkilat elan edilib.

XS
SM
MD
LG