Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

16:12 3.4.2016

İlham Əliyev: «Ermənistan sülh istəmir»

«Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilib. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutublar. Hərbiçilərimiz və mülki şəxslər həlak olublar».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri aprelin 2-də prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər versin.

Eyni zamanda, müdafiə nazirinə deyib ki, döyüş əməliyyatlarında fərqlənən, vətən uğrunda qəhrəmancasına döyüşən insanları təltif etmək üçün təkliflər təqdim etsin:

«Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olub»

İlham Əliyev deyib ki, təxribatların qarşısı alınıb və Azərbaycan Silahlı Qüvvələri daha əlverişli hərbi mövqelər əldə ediblər:

«Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, biz böyük hərbi qələbəni qazandıq. Onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılıb. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm».

Preziden baş verənlərin səbəblərindən də danışıb:

«Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər. Beləliklə, status-kvonu saxlaya bilsinlər».

16:37 3.4.2016

Mərmi düşən evdən reportaj

Tərtərin sərhədə yaxın kəndlərindən birində evə mərmi düşüb. Qoşunların təmas xəttində aprelin 2-dən başlayan atışmada tərəflər qarşılıqlı itki verib

Mərmi düşən evdən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

17:27 3.4.2016

Zakir Həsənov iranlı həmkarı ilə danışıb

Aprelin 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqan ilə telefonla danışıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbətdə cəbhədə yaranmış gərginlik müzakirə edilib.

Məlumatda qeyd edilir ki, Hüseyn Dehqan İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə İranın yardım və dəstəyini təklif edib.

20:54 3.4.2016

Atəşkəs pozulub, üç istiqamətdə döyüşlər gedir

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, aprelin 3-də Ermənistan tərəfinin Talış kəndi ətrafındakı strateji yüksəkliyin geri qaytarması barədə yaydığı informasiya yalandır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend agentliyinə deyib ki, Azərbaycan ordusu Talış kəndi ətrafında strateji yüksəkliyə, eləcə işğaldan qaytarılmış bütün ərazilərə nəzarət edir.

Müdafiə Nazirliyini sözçüsü cəbhədə vəziyyətin yenidən gərginləşdiyini, atəşkəsin yenidən pozulduğunu da bildirib.

Onun sözlərinə görə, hazırda üç istiqamətdə - Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir.

Vaqif Dərgahlı aprelin 3-də Füzuli istiqamətində Ermənstanın pilotsuz uçuş aparatının vurulduğun da bildirib.

Davamı

XS
SM
MD
LG