Premyer Liqada «Xəzər Lənkəran» futbol klubu sonuncu oynunu «Rəvan»la keçirdi. Oyun 2:2 hesabı ilə də başa çatdı. Yarış cədvəlində mövsümü 15 xalla sonuncu yerdə başa vuran «Xəzər Lənkəran» Premyer Liqada mübarizəsini dayandırmalı oldu.
Premyer Liqadakı sonuncu oyunda, əslində qalmaqalsız ötüşmədi. Hakim «Xəzər Lənkəran»ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi». «Xəzər Lənkəran»ın oyunçuları buna etiraz olaraq oyunu tərk etdilər. Bir neçə dəqiqədən sonra meydançaya qayıtsalar da oyunda dönüş yarada bilmədilər». «Xəzər Lənkəran»ın Premyer Liqanın tərk etməsi cənub bölgəsində birmənalı qarşılanmayıb.
KİV-lərdə və sosial şəbəkələrdə sonuncu oyunda müəyyən edilmiş cərimə ilə bağlı etirazlar davam edir.
«Azərbaycanda futbolun taleyi meydançalarda yox kabinetlərdə həll olunur»
Azarkeş, 80 yaşlı Amil Səfərov hesab edir ki, «Xəzər Lənkəran» futbol klubuna qarşı ayrı-seçkilik edirlər:
«Mən özüm idmançıyam. Gəncliyimdə futbol oynamışam. Futbol üzrə idman ustasıyam. Həmişə futbola səcdə edirəm». «Xəzər Lənkəran»ı həmişə izləmişəm. Vaxt var idi «Xəzər Lənkəran» qolsuz meydançanı tərk etməzdi. Son dövrlərdə görürəm ki, komandanı sındırıblar. Hakimlər imkan vermir. Elə bil tapşırıq alıblar ki, bu komandanı çökdürsünlər. Öz gözümlə görmüşəm 3-4 dəfə halal cəriməni hakim verməyib». «Rəvan»la görüş buna əyani sübutdur. 11 metrə yox idi, onu verdilər «Rəvan»a «Xəzər Lənkəran»ı uduzdurdular. Azərbaycanda iki komandaya yaşıl işıq yandırıblar. Bu komanda cənub bölgəsindən olduğu üçün əvəz çıxdılar. Əslində, Azərbaycanda futbolun taleyi meydançalarda yox kabinetlərdə həll olunur. Futbol yox ey, nəhənglərin döyüşü gedir. Futbol yaddan çıxıb».
Cənub bölgəsində düşünürlər ki, «Xəzər Lənkəran»a qarşı qərəzli münasibətin əsası 2013-cü ildə Azərbaycan kubokun final oyununda qoyulub. Həmin vaxt meydançada yaşanan gərgin anlardan və azarkeşlər arasında gedən toqquşmalardan sonra bu kluba münasibət deyişib. «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimov o vaxtları televiziyada çıxış edərək Azərbaycan futbolunu tənqid etmişdi.
Bir internet qəzetində futbol şərhçisi İntiqam Valehoğlu da çap etdirdiyi məqalədə «Rəvan»-«Xəzər Lənkəran» qarşılaşmasından yazıb:
«Necə olur ki,..»
«Oyunun fasiləsində kim-kimə zəng edib nə dediyini də çoxları bilməsə də biz bilirik. Məhz bundan sonra üzü dönən hakim Ramil Diniyev «Xəzər Lənkəran»ı birinci dəstəyə göndərilməsini tezləşdirdi». Xəzər Lənkəran» kimi idman bazası, akademiyası və gələcəyi olan klub beləliklə, kiminsə şəxsi ambisiyalarının güdazına getdi. Məhv planı uğurla başa çatdı» - deyə o məqaləsində yazır.
Şərhçi sonda sual veirir: Necə olur ki, borcu olan «İnter»ə daxili yarışlarda iştirak etmək üçün lisenziya verilir, 12 futbolçuya borcu olan «Bakı» lisenziya alır», Rəvan» birinci dəstədə ikinci yeri tutsa da lisenziya ala bilir, amma «Xəzər Lənkəran»a lisenziya verilmir? Bunun adı qərəz, ayrı-seçkilik deyil bəs nədir?»
«Günah rəhbərlikdədir. Axırıncı oyunda da hakimin səhvləri rol oynadı. Bir aydan sonra bilinəcək nə olacaq».
«Xəzər Lənkəran»ın oyunları həmişə qalmaqalla müşahidə edilib. Azarkeşlərin həbsi ilə də nəticələnən hallar da olub. Meydançada siyasi şuarlar da səsləndirilib. Bir çoxları hesab edir ki, bütün bunlar «Xəzər Lənkaran»ın imicinə mənfi təsir edib.
Lakin azarkeş İltifat Rəhimzadə belə hesab etmir. Onun fikrincə «Xəzər Lənkəran»ı bu hala salan onun rəhbərliyidir:
«Xəzər Lənkəran»ın oyunu olanda şəhərdə sevinc yaşanırdı»
«"Xəzər Lənkəran" yarananda sevindik. Ancaq bu klubun bünövrəsi düzgün qoyulmadı. Belə hesab etdilər ki, futbol onların şəxsi biznesidir, nə istəsələr onunla edə bilərlər. Problem Lənkərandakı rəhbərlikdədir. Son 20 oyunda «Xəzər Lənkəran» bir dənə də olsun top vurmamışdı. Başqaları bunun üçün nə etsin? Düzdür «Rəvan»la oyunda hakim səhv olaraq 11 metrlik cərimə təyin etdi. Mən bunu qərəzli hesab etmirəm. Sadəcə bu hakimin səhvi idi. Olur da, oyundur. Demək olar ki, hər oyunda «Xəzər Lənkəran»ın meydançasına 15 min nəfər azarkeş gəlirdi. Bir neçə Fan klub var idi». «Xəzər Lənkəran»ın oyunu olanda şəhərdə sevinc yaşanırdı. Hamısı öldü, getdi. Azarkeşlərin yaratdığı fan klublardan biri buraxıldı. Səhvi başqalarında görmək lazım deyil. Hər şey göz önündədir»
«Vaxt var idi «Xəzər Lənkəran» qolsuz meydançanı tərk etməzdi. Son dövrlərdə görürəm ki, komandanı sındırıblar. Hakimlər imkan vermir...»
Futbol mütəxəssisi, «Xəzər Lənkəran»ın nəzdində yaradılan fan klubun əlaqələndiricisi Elman Tağıyev də problemlərin rəhbərlikdə olduğunu bildirir:
«Günah rəhbərlikdədir. Axırıncı oyunda da hakimin səhvləri rol oynadı. Bir aydan sonra bilinəcək nə olacaq».
«Xəzər Lənkəran» iştirakını dayandırdı
«Xəzər Lənkəran» futbol klubun direktoru Höccət Hacıyevlə əlaqə saxladıq. O isə klubun vitse prezidenti Nadir Toyquna müraciət etməyimizi məsləhət gördü. Nadir Toyqunla isə əlaqə saxlamaq mümkün olmadı.
«Xəzər Lənkəran» futbol klubun fəxri prezidenti, iş adamı Mübariz Mənsimovdur. Komandaya əsasən onun qardaşı klubun prezidenti Mais Mənsimov başçılıq edir». «Xəzər Lənkran»ın stadionu şəxsi mülkiyyət hesab olunur.
«Xəzər Lənkəran» futbol klubu mayın 27-də bəyanat verərək Azərbaycan çempionatlarında iştirakın dayandırıldığını bildirib. Bundan sonra klub aşağı yaş qrupları üzrə yarışlarda iştirak edəcək. Bəyanatda bildirilir ki, «Xəzər Lənkəran» FK öz adını və brendini qorumaq niyyətindədir.