Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:40

 Cənub rayonlarında Novruz... Nurişidçilər...


Nurişidçi gənc
Nurişidçi gənc

Cənub bölgəsində Novruz adətlərindən biri də mahnı oxuyan uşaqların ev-ev gəzmələridir. Əsasən də çərşənbə günləri. Qaranlıq düşəndən sonra, bir qrup həvəskar ev-ev gəzib, mahnılar oxuyur və bayram payı alırlar. Qrup 3-4 nəfərdən ibarət olur. Aralarında nağara, balaban, zurna çalanlara da rast gəlinir. Adətən bu adamlar üzlərini gizlətməyə çalışırlar, maska taxırlar . Bunlara el arasında “Nurişidçilər ” deyirlər.

Axşam saatlarında belə bir həvəskar qurupa rast gəldik. Suallara cavab verməyə və çəkilişə icazə verdilər. Oynadılar və bayram mahnıları səsləndirdilər.

Qrupun rəhbəri Sabir ( onlar ad və soyadlarını tam demirlər) bildirdi ki, baş çəkdikləri evlərin sirlərini verməyəçəklər. Bu, adətə ziddir. Lakin bəzi suallara cavab verməyə çalışacaqlar. Sabir deyir ki, qrupda iki yeni üzv var. Özü neçə illərdir ki, bayram ərəfəsində evləri gəzir:

“Bu il “gəlir ” azdır ”

“Nağara çalan Lal Amiddir, balabanda isə Kiçik Musadır. Mən Uzun Sabir və Gombul Akif oynayıb mahnı deyirk. Qaranlıq düşəndən sonra evləri gəzirik, 3 kəndi dolaşmışıq. Ötən illərdən fərqli olaraq bu il “gəlirmiz” azdır. Ötən illərdə yumurta, düyü, qoz,fındıq çox olardı.Bu il ancaq pul verirlər.Manat ucuzdur axı”.

Sabirin deməsinə görə, adamlar kasıbdırlar. Heç nələri olmasa, da bir-iki qəpik tapıb verirlər.

“Kasıbı da var, varlısı da. Manat da verən olur, 10 qəpik verən də”.

“Yığdıqlarımızı qapıda qoyduq”.

14 yaşlı Kiçik Musa söhbətə qoşulur:

“Bir qapıda bayıra çxıb dedilər ki,sabah gələrsiz . Bildik, heç nələri yoxdur . Yığdıqlarımızı qapıda qoyduq. Orda çox çaldıq və bayram mahnıları dedik. Gecə saat 10-11 qədər gəzirik.”

Sabir deyir ki, Novruz bayramına qədər evləri gəzəcəklər. Bayram günü gündüz qohumların evlərinə baş çəkəcəklər. Bayram gecəsi qurşaq atacaqlar:

“Böyüklərin başı dolanışığa qarışıb.”

“Hər Novruz bayramında 70-80 manat toplayırıq. Allah bərəkət versin. Adamlarda pul olsa qazançımız çox da ola bilər. Bizim kimi uşaqlar daha çox sevinirlər. Onlar üçün oynayrıq da. Böyüklərin başı dolanışığa qarışıb.”

Mədəniyyət işçisi Vaqif Əhmədoğlu deyir ki, Novruz adətlərin islama aidiyyəti yoxdur. Bu bayram əsrlərdən gəlir:

“Bu bayramı çətin günmüzdə də keçirdirk, yaxşı günümzdə də. Sovet dövründə icazə vermirdilər, ancaq gizli şəkildə bu adətlərə əməl edirdik. Nurşidçilər həmişə olub, bu gün də var. Axır çərşənbədə süfrədə əsasən ziyad balığı olmaldır. Balıq da baha. İmkan vermirlər ki, balıq ovlayıb gətirsinlər. Bayram günü süfrədə 7 adda yeməyin olması adəti də var. Lakin kasıbçılıq buna imkan vermir. Süfrədə qoz,fındıq,şabalıd və sair meyvələr olmaldır. Kasıbçılıqdır.”

XS
SM
MD
LG