Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:49

Çin kosmosa üç astronavt göndərdi


Sinxua agentlyi xəbər verir ki, bu Çinin kosmosda ən uzun müddətdə qalacaq heyəti olmalıdır

Çin göyərtəsində üç astronavt olan raketi özünün yeni orbital stansiyasına göndərib.

Sinxua agentlyi xəbər verir ki, bu Çinin kosmosda ən uzun müddətdə qalacaq heyəti olmalıdır.

Raket oktyabrın 15-də yerli vaxtla gecəyarısı Çinin şimalındakı Qobi səhrasında, Tzyutsuyan kosmodromundan buraxılıb.

Bu heyət Çinin Tianqonq kosmik stansiyasında 6 ay olmalıdır. Bundan əvvəlki heyət stansiyada üç ay qalmışdı.

Kosmik gəminin heyəti bu müddət ərzində Tianqonq stansiyasının gələcək tikintisi üçün avadanlığı qurmalı və test etməlidir.

Hərbi təyyarəçilər

Kosmik missiyanın kapitanı 55 yaşlı Jay Jiqanq keçmiş hərbi təyyarəçidir.

O 2008-ci ildə açıq kosmosa çıxan ilk Çin kosmonavtı olub.

O bildirib ki, onun missiyası bundan əvvəlki heyətdən daha mürəkkəb tapşırıqları yerinə yetirəcək.

Uçuş heyətinə habelə 41 yaşlı hərbi pilot Vanq Yapinq daxildir.

O Çinin kosmik stansiyasına uçan ilk qadın astronavt olacaq. Vanq 2013-cü ildə kosmosa uçan ikinci çinli qadın olub.

Heyətin üçüncü üzvü hərbi pilot, 41 yaşlı Ye Quanqfudur.

Çin son illərdə özünün kosmik proqramını xeyli genişləndirib. Ölkə Aya peyklər, Marsa isə özüyeriyən göndərib.

Adının mənası “cənnət sarayı” olan Tianqonqun istifadə müddəti azı 10 ildir.

Stansiyanın özək modulu orbitə 2021-ci ilin əvvəllərində göndərilib.

Onun 2022-ci ilədək işləməsi nəzərdə tutulub.

XS
SM
MD
LG