Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:43

Çini məscidləri bağlamaqda və dağıtmaqda günahlandırırlar


Çin Sintzyan vilayətinin Kaşqar bölgəsindəki məscidlərdən biri
Çin Sintzyan vilayətinin Kaşqar bölgəsindəki məscidlərdən biri

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı bəyan edib ki, Çin hakimiyyəti ölkənin şimalındakı məscidləri sistematik olaraq bağlayır və ya dağıdır.

Bəyanatda deyilir ki, bu, Pekinin etnik azlıqların və dini qrupların yaşadığı ərazidə apardığı "çinləşdirmə" siyasətinin bir hissəsdir.

HRW bildirir ki, Ninsya-Huey və Qansu vilayətlərində son illərdə bir çox məscidlər ya bağlanıb, ya dağıdılıb, ya da "dünyəvi istifadə" üçün müxtəlif qurumlara verilib.

Təşkilatın Çin şöbəsinin direktoru Mayya Vonq bunu insanların dini ibadət hüquqlarının pozulması və ölkədə ümumən İslamın sıxışdırılması kimi qiymətləndirib.

Çin kommunistlərinin qətnaməsi

Çoxmillətli regionların "çinləşdirilməsi" kursunu Çin Kommunist Partiyasının (ÇKP) başçısı Si Tsinpin 2016-cı ildə elan edib.

ÇKP 2018-ci ildə məscidlərin "konsolidasiyasına" dair qətnamə qəbul edib.

Bu qətnamədə deyilir ki, ibadət yerlərinin sayı azaldılmalı və yeniləri tikilməməlidir.

HRW bildirir ki, sözü gedən qətnamə qəbul ediləndən bəri müsəlman uyğurların ən çox yaşadığı Sintzyan-Uyğur regionunda məscidlərin üçdə ikisi, Ninsya-Hueydə isə üçdə biri dağıdılıb və ya ləğv edilib.

Bu da vurğulanır ki, hakimiyyət orqanları mövcud məscidlərin günbəz və minarələrini dağıdır, habelə içəridəki ibadət zallarını və dəstəmaz yerlərini ləğv edirlər.

Məscidlərdə habelə müşahidə kameraları yerləşdirilir. İnsan haqları müdafiəçilərinin dediyinə görə bu kameralar məscidlərə getməsi qadağan olunan şəxslərin - kommunistlərin və azyaşlıların aşkar edilməsi üçün lazımdır.

Çində hazırda 20 milyonadək müsəlman yaşayır.

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

"Ekstremist" sayılmaq üçün 47 səbəb

İnsan haqları müdafiəçiləri Çin hakimiyyətini indiyədək dəfələrlə ilk növbədə Sintzyan-Uyğur muxtar regionunda yaşayan uyğur və qazaxların qısnanmasında ittiham ediblər.

Hakimiyyət müsəlmanları həbs edir və onları "təkrar tərbiyələndirmə" düşərgələrində yerləşdirir.

Çində kiminsə ekstremist sayılması üçün müəyyən edilmiş 47 səbəb arasında hicab və saqqal, türk və ərəb dillərinin tədrisi, toyların spirtli içkilərsiz keçirilməsi, kəbinlə nikah da var.

Bu da qeyd olunmalıdır ki, Çində təzyiqlərə məruz qalan təkcə İslam deyil.

Hakimiyyət kilsələri bağlayır, kilsə binalarındakı xaçları sökür, keşiş və mömin xristianlar təqib olunur.

XS
SM
MD
LG