Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:32

Facebook-un həmtəsisçisi Zuckerberg-i 'cilovlamağa' çağırır


Mark Zuckerberg
Mark Zuckerberg

Facebook şirkətinin həmtəsisçisi Chris Hughes bu sosial şəbəkəni inhisarçı adlandırıb və onun demokratiya üçün yaratdığı təhlükənin qarşısının alınması məqsədilə sosial platformanı hissələrə parçalamağa çağırıb.

O bu barədə özünün The New York Times qəzetindəki sütununda yazıb.

Hughes hesab edir ki, hazırda şirkətin başçısı Mark Zuckerberg biznesdə və hökumətdə heç kimin malik olmadığı qüdrətə sahibdir:

"Facebook-unkonfidensiallıq parametrləri və xəbər lenti də daxil, alqoritmlərini bir tək Mark müəyyənləşdirir. O sərt və ixtilafları qızışdıran ifadələri təhqirdən ayırmağın qaydalarını müəyyən edir və rəqiblərini susmağa məcbur edə bilir. Markın hakimiyyəti misilsiz və qeyri-amerikan bir hakimiyyətdir”.

Hughes Facebook-a aid Instagram və WhatsApp platformalarının ayrı-ayrı şirkətlərə bölünməsini təklif edir.

Onun fikrincə Federal Ticarət Komissiyası bu şirkətlərin birləşməsinə imkan verməməli idi.

O bunu da deyib ki, Facebook-a qarşıdan gələn bir neçə ildə əlavə şirkətlər almaq qadağan olunmalıdır, çünki bu şirkət rəqiblərini, onları satın almaq və ya onların ideyalarına sahiblənməklə məhv edir.

Hughes eyni zamanda Konqresi internet istifadəçilərinin məxfiliyinin keşiyində duracaq yeni federal agentliyin yaradılmasına, sosial şəbəkələrdə “məqbul ifadənin” rəhbər prinsiplərinin müəyyən edilməsinə çağırır.

O yazır ki, ifadə azadlığı üzərində Zuckerbergin nəzarəti Facebook-un “ən problemli aspektidir”. Hughes-un fikrincə Zuckerberg 2 milyard insanın senzura edilməsi üsulunu hələ də tapa bilməyib.

XS
SM
MD
LG