Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:06

Bakı sakini: 'Oğurluq o qədər artıb ki, polis ancaq böyük zərərləri araşdırır' [video]


Statistika deyir: Cinayətkarlıq artır. Siz də bunu hiss edirsiz?
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Statistika deyir: Cinayətkarlıq artır. Siz də bunu hiss edirsiz?

Azərbaycanda cinayətkarlıq niyə artır? Hər halda artımı deyən rəsmilərdir.

Bakı şəhər prokuroru İlqar Abbasov yanvarın 24-də deyib ki, 2017-ci ildə Bakıda cinayət hadisələrinin sayı bir il əvvələ baxanda 200 fakt artıb.

Belə ki, 2016-cı ildə paytaxtda 12 min, amma ötən il təqribən 12 min 200 cinayət hadisəsi baş verib.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə göz atanda məlum olur ki, son illər ümumiyyətlə bütün ölkə üzrə cinayətlərin sayı artır. Məsələn, 2012-ci ildə təqribən 22 min olan cinayət sayı, 2016-cı ildə artaraq 26 min 600-ə çatıb.

2012

2013

2014

2015

2016

21 897

22 381

24 607

26 916

26 611

Rəsmi statistikaya görə cinayət artımı 2014-cü ildən sonra başlayıb və bu, o dövrə təsadüf edir ki, ölkədə iqtisadi durum pisləşib, manat dollara nəzərən iki dəfəyə qədər ucuzlaşıb, camaat bank borclarını ödəməkdə çətinlik çəkməyə başlayıb- bank kreditləri ilə bağlı məhkəmə işlərinin sayı artıb.

Buna da bax: Ekspert: 'Azərbaycanda məmur yaxınlarına hər yerdə yaşıl işıq var' [video]

Qaytarıla bilməyən kreditlərin həcmi, Mərkəzi Bankın məlumatına görə, 2 milyard manata çatıb, bəzi müəssisələr bağlanıb.

Keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, cinayətkarlıq göstəricilərinin iqtisadi çətinlik dövründə artması arasında əlaqə var:

Mahmud Hacıyev
Mahmud Hacıyev

"Bu cinayətləri törədənlər hamısı əvvəllər məhkum olunmuşlar, hamısı anadangəlmə cinayətkarlar olan adamlar deyil ki?! Xaraktercə bir az zəif adam olur, maddi durumu pisləşəndə, işsizlik yarananda, düşdüyü psixoloji durum pisləşəndə, o, tamah motivli cinayət törədə bilir".

Bakı şəhər prokuroru isə açıqlamasında, cinayətkarlığın artmasının səbəbləri haqqında bir söz demir.

Buna da bax: İctimai fəal: 'Nömrəyə zəng çatmadı... balansdan 18 manat silindi...' [video]

Bəs Bakı sakinləri düşünür? Onların fikrincə, cinayətkarlıq niyə artıb?:

Cinayətkarlıq niyə artır?
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Dövlət Statistika Komitəsinin məlumatlarına baxanda məlum olur ki, 2009-cu illə müqayisədə 2016-cı ildə ölkə üzrə oğurluq halları 2 dəfəyə qədər artıb.

2016-cı ildə ölkədə qeydə alınan oğurluq sayı ildə təqribən 3700 olmuşdusa, 2016-cı ildə bu rəqəm təqribən 7200-dür. Devalvasiyadan əvvəlki ildə, 2013-cü ildə bu rəqəm 5100 olub.

Bir müddət əvvəl AzadlıqRadiosu-na müsahibə verən, Bakı sakini Elmir Sadıqlı deyir ki, heç onun evi oğurlananda polisə müraciət etməyib, fikirləşib ki, qonşularının evindən oğurlananlar onsuz da tapılmadı, ona get-gəl qalacaq:

Buna da bax: Cinayətkarlıq azalıb, cərimələr artıb

"Oğurluq o qədər artıb ki, polis ancaq böyük zərərləri araşdırır. Onlar üçün artıq 8 min - 10 min xırda rəqəm kimi görünür. Amma vətəndaş üçün bu, böyük puldur. Polis üçün görünür bu, adi hal alıb, önəmsəmirlər".

Polisin ünvanına bu tənqidə Daxili işlər Nazirliyinin bir fikrini öyrənə bilməmişik, amma Baş Prokurorluğun açıqlamasında deyilir ki, cinayətlərin Bakı şəhəri üzrə açılma faizi keçən il dörd faiz artıb, 80 faizə çatıb. Bunun nə qədərinin oğurluğun payına düşdüyü açıqlanmır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyir ki, iqtisadi durumun çətinləşməsi ölkə üzrə cinayətlərin sayının artmasının bir səbəbi ola bilər, amma başqa səbəblər də var:

Fərəc Quliyev
Fərəc Quliyev

"Bölgədə bəzi dini təriqətlərin təsirinin artması, sosial şəbəkələrdə vəhşiliklərin təbliğ olunması, gənclərin yoldan çıxarılması və s. Təbii ki, həm də iqtisadi amil də səbəb ola bilər. Amma bu o da o qədər çox deyil axı. Tutaq ki, oğurluq halları bununla bağlı ola bilər".

Müxalifətdən, Respublikaçı alternativ - ReAL Hərəkatının İdarə Heyətinin üzvü Xalid Bağırov isə deyir ki, cinayətkarlığı artıran əsas səbəb iqtisadi çətinliklərdir. O təklif edir ki, hökumət məhz bu səbəbi aradan qaldırsın:

Buna da bax:​ Polis maşınını əzən: 'Bunlar bezdirmişdi məni'

“Cinayətkarlıqla mübarizə üçün sosial –iqtisadi qanunlar qəbul olunmalıdır. Cinayətkarlığın sosial kökləri araşdırılmalıdır. Nə vaxta qədər ki, iqtisadiyyat bərabər fürsətlər təqdim etməyəcək, iqtisadi imkanlar bir əldə-monopolistlərin əlində cəmləşəcək, o zaman da məsələn, dələduzluq kimi cinayətkarlıq artacaq”.

Azərbaycanda iqtisadi durum 2014-cü ilin sonunda neftin ucuzlaşmasından sonra pisləşməyə başladı.

Amma bu il neft yenidən bahalaşmağa başlayıb - 70 dollar ətrafındadır.

Dünya Bankı və hökumət nisbi iqtisadi artım gözləyir. Amma beynəlxalq maliyyə qurumları və ölkə daxilində müstəqil iqtisadi təhlilçilər deyirlər ki, hökumət neft gəlirlərinin xərclənməsində şəffaflığı artırsın.

Azərbaycanın korrupsiya reytinqi dünya üzrə yuxarıdır. 176 ölkə arasında 123-cü yerdədir.

XS
SM
MD
LG