Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:52

40 milyonadək insanı qətlə yetirmiş hökmdar


Çingizxanın portreti
Çingizxanın portreti

Frank McLynnin "Çingizxan: dünyanı fəth etmiş adam" adlı son bioqrafiyasında təqribən 40 milyon insanın ölümünə səbəb olmuş "Kainatın hakiminə" çox yumşaq yanaşılıb. Bu barədə “Spectator” saytı yazır.

Doğuluşdan adı Temuçin olan hökmdarın Koreya və Çindən başlayan nəhəng imperiyası Əfqanıstan, İran, İraq və Rusiyanı da əhatələməklə Macarıstana qədər gəlib çatırdı. Bu, tarixdə bir-birinə bitişik torpaq ərazisi olan ən böyük imperiya idi. Frank McLynn bu son dərəcə maraqlı bioqrafiyasında Çingizxanın qeyri-adi, epik həyatını çox gözəl təsvir edib.

Buna da bax:​ Avropa kişilərinin yarısı bir qədim kişinin törəməsidir

Müəllif Çingizin uşaqlıq və gənclik vaxtı quraqlıq monqol çölündə keçirdiyi ağır köçəri həyatından söz açır. Temperaturun müsbət 38 dərəcə ilə mənfi 6 dərəcə arasında dəyişdiyi bu ərazilər tez-tez Sibir tundrasından gələn küləklərin və Qobinin səhra tufanlarının təsirinə məruz qalırdı.

“DÜNYANI TUTMUŞ ADAM”

Sərt və güclü insanlar yetişdirən bu mühitdə Çingiz onların hamısından güclü idi. McLynn-in kitabında onun 1162-ci ildə doğulduğu yazılıb. Ancaq Çingizxanın 1155 və 1167-ci ildə doğulduğunu yazan tarixçilər də var. 14 yaşında o, özünün potensial rəqibi olan atabir, ana ayrı qardaşını balıq üstündə mübahisədə öldürür və ailəsinin atlarına yiyələnir. Çingizxan 16 yaşında evlənir. Ancaq düşmən tayfanın arvadı Borteni oğurlayaraq hamilə qoymasından sonra Çingizxan onun xilasından ötrü böyük ordu toplayıb. 1206-cı ildə o, zəhərli oxa tuş gəlir, ancaq sağ qalır. Son dərəcə uğurlu hərbi fəaliyyətinə görə Monqol tayfalarının "qurultay" adlanan hərbi şurası Temuçini monqolların lideri seçir. "Çingizxan" çox zaman "Kainatın hakimi" kimi tərcümə edilir.

Avrasiya qitəsi monqolların işğalından əvvəl
Avrasiya qitəsi monqolların işğalından əvvəl

​O, ordusunda islahatlar apararaq onu mancur sıralarına, onluqlara bölür. Beləliklə, ordu onluq, yüzlük, minlik və on minlik bölmələrdən ibarət olur. Əsgərlərin məvacibi qənimətlər idi. O, həmin yüz minlik ordu ilə bütün Asiyanı tutdu.

McLynn öz kitabına "Dünyanı fəth etmiş adam" adı verib. Ancaq müəllifin fikrincə, o, rahatlıqla bura "yarısını da qılıncdan keçirib" sözlərini əlavə edə bilərdi.

Buna da bax: Hökmdar xalqın sözünü ondan eşidirdi

BİR GÜNƏ 50 MİN İNSAN ÖLDÜRÜLÜR

Çingizxan öncə Çinin şimal-qərbində tanqutları özünə tabe etdirir, sonra isə bu ərazini işğal edir. Daha sonra, 1211-ci ildə güclü Tszin imperiyasını tutur. Monqol imperiyası, köpək balığı kimi, həyatda qalmaq üçün daim irəliyə doğru hərəkət etməli idi. 1213-cü ildə o, Pekinə çatır. Pekinin həqiqətən nəhəng və qorxunc müdafiəsi ilə üz-üzə gələn Çingizxan güclü səbir göstərdi. O, şəhəri mühasirəyə alaraq aclıqla məğlub etdi. 1215-ci ildə Pekin təslim oldu. Bunun ardınca başlanmış qarət Çin tarixində ən dağıdıcı və travmatik hadisələrdən biri oldu.

Buna da bax:​ Dünyanı fəth edən "Ben-Hur", indi də Azərbaycanda...

Çingizxanın orduları 1219-cu ildə buradan qərbə, İrana doğru hərəkət etdi. Burada sultan qəsdən Çingizin iki elçisinin saqqalını qırxdırmış, sonra isə onları edam etdirmişdi. Bununla o, Çingizin qəzəbinə tuş gəlmişdi.

1220-ci ildə İpək yolunun üzərində yerləşən o möhtəşəm şəhər, Səmərqənd məğlub olur. Şəhərin müdafiəçilərinin iki düjün savaş filindən ibarət super silahı onların dadına çatmır. Ancaq McLynn kitabında Çingizin əsgərlərinin bir gündə 50 min insanı qətlə yetirməsi faktını qeyd etməsə də, "itkilərin nəhəng olduğunu" qeyd edir.

BAŞI KƏSİLMİŞ QADINLAR, UŞAQLAR, İTLƏR, PİŞİKLƏR

Ən ağır il isə 1221-ci il olur. Çingizin digər ordularının şərqdə məşğul olduğu bir vaxtda o, Gürcüstanın paytaxtı Tiflisi tutaraq xristian dünyasını təşvişə salır. Onun özü qədər qəddar olan oğlu Tolui isə hazırkı Türkmənistan ərazisində yerləşən Mərv şəhərini ələ keçirir. Mərv o zaman dünyanın ən böyük şəhərlərindən biri idi. Monqollar şəhərin əhalisinə toxunmayacaqlarını söz verdilər. Şəhər sakinləri təslim olaraq divarın arxasından çıxdılar. Tolui “kütləni başdan-ayağa təftiş edərək, onları qarət etdi... və onları kütləvi edam etdirdi”. Qırğın dörd gün, dörd gecə davam etdi.

Buna da bax: Şah İsmayıla qələbə qazandıran hərbi bicliyi

Terror Çingizin əsas silahı idi. Onun başı kəsilmiş qadınları, uşaqları, hətta pişik və itləri kütləyə nümayiş etdirdiyi deyilir. Ancaq maraqlıdır ki, nəhəng qırğınlardan sonra boşalmış şəhərlərin iqtisadi dəyəri az olduğundan işğalçılar çox gəlir götürə bilmirdilər.

Ümumilikdə Çingizin müharibələrində 37,5 milyon insanın tələf olduğu bildirilir.

Çingizxanın qanlı hakimiyyəti 1226-cı ildə baş vermiş üsyan nəticəsində sona çatıb. Düşmənlərinin "Allahın lənətinə gəlmiş" adlandırdıqları Çingiz 1227-ci ildə ölüb.

Buna da bax:

Çingizxan, kommunizm, irqçilik və English
Gözlə

No media source currently available

0:00 0:05:41 0:00
Direct-ə keçid

XS
SM
MD
LG