Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:27

Hillary Clinton-a qalib gəldi


Bernie Sanders və Hillary Clinton debat zamanı
Bernie Sanders və Hillary Clinton debat zamanı

►ABŞ-ın mühüm ştatında - Miçiqan praymerizində Bernie Sanders Hillary Clintona qalib gəlib

Keçmiş dövlət katibi Hillary Clinton-un Demokrat Partiyasının prezidentliyə namizədi seçilməsi, deyəsən, gözlənildiyi qədər asan olmayacaq.

Bir neçə ay əvvələcən onun əsas rəqibi, senator Bernie Sanders-i ciddiyə alanlar çox az idi.

İndi isə o, ştatlardakı partiyadaxili seçkilərdə ciddi nəticələr göstərir.

Məsələn, martın 8-də Miçiqan ştatındakı praymerizdə qalib gəlib.

Sandersin bu qələbəsi CNN-in canlı yayımlayacağı Demokratların növbəti debatı ərəfəsinə təsadüf edir.

Nümayəndələrin sayına görə Clinton hələ də liderdir. Missisipi praymerizindəki qələbəsi sayəsində onun ümumilikdə 200 nümayəndəsi var. Bununla yanaşı Sandersin Miçiqandakı qələbəsi göstərir ki, o, Ohayo, İllinoys və Viskonsin kimi ştatlarda gözlənildiyindən daha güclü nəticə göstərə bilər.

Respublikaçılar cəbhəsinə gəldikdə isə, CNN bildirir ki, Donald Trump Havay adalarındakı kokusda qalib gəlib. O, bundan başqa Miçiqan və Missisippi ştatlarında Respublikaçıların praymerizlərində də qələbə qazanıb. Bu qələbələr onun, partiyasının vahid namizədliyini qazana bilməsi üçün çox vacibdir. Keçən həftə Trump rəqib partiyadaşları tərəfindən ciddi hücumlara məruz qalmışdı.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

CNN bildirir ki, Senator Ted Cruz Aydaho ştatında Respublikaçı praymerizini qazanıb.

Clintonun kommunikasiya direktoru Jennifer Palmieri deyib ki, onların strategiyası "nümayəndələrin sayını artırmaq və nümayəndə sayına görə birinci olmaqdır."

Clinton Miçiqan praymerizini Sandersə uduzsa da, CNN-in hesablamalarına görə o, həmin gecə qazandığı nümayəndələrin sayına görə üstün olub. Belə ki, Sanders 67 nümayəndə qazandığı halda Clinton 84 nümayəndə qazanıb. Beləliklə, hazırda o, partiyasının nominasiyasını əldə etmək üçün lazım olan 2382 nümayəndədən 1234-nü toplamağa nail olub. Bura həm də onu dəstəkləyəcəklərini deyən super nümayəndələr, partiya rəsmiləri və mühüm vəzifələr tutan şəxslər daxildir.

Sandersin hazırda ümumilikdə 567 nümayəndəsi var.

Bazar ertəsi günü Clinton öz dəstəkçilərinə deyib ki, "mən nə qədər tez sizin namizədiniz ola bilsəm, öz diqqətimi bir o qədər çox respublikaçılara yönəldə bilərəm."

Respublikaçıların cəbhəsində Miçiqan praymerizində səslərin 97%-i sayıldıqdan sonra məlum olmuşdu ki, Trump səslərin 36,5, Cruz 24,9, Ohayo qubernatoru John Kasich isə 24.3%-ni toplayıb.

Mississippi praymerizində də Trump 47.3%-lə irəlidə olub.

Florida senatoru Rubio isə bu iki son praymerizdə pis nəticə göstərərək dördüncü olub.

XS
SM
MD
LG