Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:21

Coca-Cola Rusiya-Ukrayna münaqişəsində


Amerikanın məşhur şirkəti özü də istəmədən Ukrayna və Rusiya arasındakı ərazi münaqişəsinin iştirakçısına çevrilib

Coca-Cola özü də istəmədən Ukrayna və Rusiya arasındakı ərazi münaqişəsinin iştirakçısına çevrilib.

Siteua.org saytı kəskin süjetli hərbi kəşfiyyat filmlərində olduğu kimi hadisələrin xronolgiyasını verib.

9.20 Rusiya Federasiyasının Krımla birgə xəritəsi saytdan yığışdırılıb. “Şirkət səhvini başa düşüb və onudüzəldib”.

Məşhur Coca-Cola şirkətinin Ukraynadakı nümayəndəliyi özünün Facebook səhifəsində belə bir məlumatla çıxış etməli olub.

Şirkət bunu da bildirib ki, onun əsas vəzifəsi keyfiyyətli içkilər hazırlamaqdır və reklam məqsədli xəritə çoğrafi dəqiqliyə hesablanmamışdı.

Ukrayna və Rusiya mətbuatı yazır ki, PepsiCo şirkəti hələlik eyni məzmunlu iradlara reaksiya verməyib və “onun saytındakı xəritədə Krım hələ də Rusiyanın tərkibindədir”.

7.35 Ukraynanın ABŞ-dakı səfirliyi Coca-Cola şirkətinə, onun Rusiya filialının hərəkətlərindən narahatlığını ifadə edib.

18.50 Ukraynanın sosial şəbəkələrində Coca-Cola-nın dərc etdiyi reklam xəritəsi qızğın müzakirə edilir. Bu xəritədə Krım Rusiyanın bir hissəsi kimi verilib. İstifadəçilər şirkətin anti-Ukrayna hərəkətilə bağlı onun məhsullarının boykotuna çağırırlar.

Əslində nə baş verib?

Xəbər portalının yazdığına görə Yeni il ərəfəsində, dekabrın 30-da Coca-Cola şirkəti özünün VKontakte internet icmasındakı səhifəsində reklam dərc etmişdi. Rusiyanın xərtitəsini əks etdirən reklamda Ukraynadan qopardılmış Krım, Rusiyanın əsas ərazisindən aralıda olan Kalininqrad, bir də Yaponiya ilə mübahisəli Kuril adaları göstərilməmişdi.

Rusiya Krımsız və Kurilsiz
Rusiya Krımsız və Kurilsiz

Bundan hiddətlənən Rusiya vətənpərvərləri “ədalətin bərpasını” tələb edirdilər.Artıq yanvarın 5-də “düzəliş edilmiş” xəritə yenidən VKontakte saytında görünmüşüdü. Bu dəfə Rusiyanın xəritəsinə Kuril adaları da, Kalininqrad da və hətta Krım da əlavə edilmişdi.

“Əziz icma üzvləri! Biz yaranmıəş vəziyyətlə bağlı səmimi üzrxahlığımızı bildiririk. Xəritəyə düzəliş edilib. Ümid edirik ki, bizi başa düşərsiniz” – yazırdı şirkət rusiyalılara.

Buna cavab olaraq ukraynanlılar Coca-Cola məhsullarının boykotuna çağırmışdılar. Ukraynalı istifadəçilər yazırdılar ki, Krımı Ukraynanın tərkib hissəsi kimi tanımayan şirkət ölkənin ərazi bütövlüyünə hörmətsizlik edib.

Rusiya Krımla birlikdə
Rusiya Krımla birlikdə

Sosial şəbəkələrdə artıq Coca-Cola-nın boykotuna çağıran “hashtag” peyda olmuşdu. İstifadəçilər Coca-Cola-nı lağa qoyaraq onun adını “Vata-Cola” kimi yazırdılar.

Bundan sonra jurnalistlər Coca-Cola-nın Ukrayna nümayəndəliyinə zəng edərək şərh istəmişdilər.

Nümayəndəliyin KİV-lə əlaqələr üzrə meneceri Olqa Çumak deyib ki, xəritə insidenti böyük əks-sədaya səbəb olub və bu barədə tezliklə şirkətin Atlantadakı baş ofisinə məlumat veriləcək.

ABŞ-da hələ səhər açılmamışdı...

Sayt yazır ki, Ukraynada qızğın müzakirələrin getdiyi vaxt ABŞ-da hələ səhər açılmamaışdı.

Olqa Çumak izah edib ki, Coca-Cola-nın hər ölkədə əməkdaşlıq etdiyi reklam şirkətləri var. Rusiyadakı reklamçılara görə belə bir “səhv” baş verib.

Boykot nəticəsində şirkətə nə qədər ziyan dəyə biləcəyini isə hələ hesablamayıblar.

Coca-Cola dünyada şirələrin və alkoqolsuz içkilərin ən böyük istehsalçılarından biridir.

“Coca-Cola Ukrayna” şirkətinin Kiyev yaxınlığındakı zavodu 1999-cu ildən fəaliyyətdədir.

Sayt xəbər verir ki, “ukraynalıların boykotuna layiq olan təkcə Coca-Cola şirkəti deyil”. Onun əsas rəqibi olan Pepsi-Cola-nın xəritəsində Krım Rusiya ərazisi kimi göstərilib.

İnsident barədə ən son xəbərlərdə deyilir ki, ABŞ-ın Ukraynadakı səfirlyi Coca-Cola-nı kəslin tənqid edib və bildirib ki, bu şirkətin reklamı Vaşinqtonun rəsmi mövqeyini əks etdirmir.

XS
SM
MD
LG